"Olimpiakos"un hücumçusu "Qarabağ"la oyunu buraxa bilər

"Olimpiakos"un hücumçusu "Qarabağ"la oyunu buraxa bilər

"Olimpiakos"un daha bir futbolçusu Yunanıstanda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl zədələnib.

"Report"un məlumatına görə, hücumçu Yussef Əl-Arabi "Atromitos"u 2:0 hesabı ilə məğlub etdikləri çempionatın VI tur oyununda sıradan çıxıb.

Fasilədə əvəzlənən mərakeşli forvardın yerinə meydana Matyö Valbuena daxil olub. Pirey təmsilçisinin həkimlərinin ilkin rəyinə əsasən, Əl-Arabinin sağ dizinin yan bağlarında problem aşkarlanıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.

Ölkə çempionunun digər hücumçusu Hvan Uy Co da zədə səbəbindən həmin matçda meydana çıxmayıb.

Beləliklə, "Olimpiakos"da zədəli futbolçuların sayı 5-ə çatıb. Daha əvvəl müdafiəçilər Usseynu Ba, Panayotis Retsos və Tomaş Vatslikin "köhlən atlar"a qarşı oynamayacağı bəlli olub.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Futbol
"Sumqayıt" komandası təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb

"Sumqayıt" komandası təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb

Futbol
"Frayburq"un hücumçusu: "Hərdən "Qarabağ"ı sadəcə izləyirdik"

"Frayburq"un hücumçusu: "Hərdən "Qarabağ"ı sadəcə izləyirdik"

Futbol
"Sabah"ın baş məşqçisi: "Gəncədən xalla qayıtmaq çox önəmli idi"

"Sabah"ın baş məşqçisi: "Gəncədən xalla qayıtmaq çox önəmli idi"

Futbol
Azərbaycan millisi seçmə mərhələdə növbəti oyununu keçirib

Azərbaycan millisi seçmə mərhələdə növbəti oyununu keçirib

Futbol
Konfrans Liqası: Bu gün pley-offun bütün iştirakçıları bəlli olacaq

Konfrans Liqası: Bu gün pley-offun bütün iştirakçıları bəlli olacaq

Futbol
"Frayburq" qapıçısı ilə müqaviləni uzadıb

"Frayburq" qapıçısı ilə müqaviləni uzadıb

Futbol
Almaniya çempionatında futbolçu başını beton divara çırpıb

Almaniya çempionatında futbolçu başını beton divara çırpıb

Futbol
Konfrans Liqası: Türkiyə klubları bu gün növbəti oyunlarını keçirəcək

Konfrans Liqası: Türkiyə klubları bu gün növbəti oyunlarını keçirəcək

Futbol
Avstriya - Azərbaycan oyunu üçün bilet satışı təxirə salınıb

Avstriya - Azərbaycan oyunu üçün bilet satışı təxirə salınıb

Futbol
İnfantino yenidən FİFA prezidenti seçiləcək

İnfantino yenidən FİFA prezidenti seçiləcək

Futbol
"Qarabağ"ın legioneri: "Ölkə üçün çətin dönəmdir"

"Qarabağ"ın legioneri: "Ölkə üçün çətin dönəmdir"

Futbol
İtaliya A Seriyası: “Torino” son dəqiqədə “Sassuolo”ya uduzub

İtaliya A Seriyası: “Torino” son dəqiqədə “Sassuolo”ya uduzub