Türkiyəli mütəxəssis: "Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram"

Türkiyəli mütəxəssis: "Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram"

"Bu vəzifəyə təyin olunduğum üçün qürur duyuram".

Bunu "QELEBE.AZ"a açıqlamasında qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin edilən Evren Alkaya deyib.

Mütəxəssis, çətin olsa da, ölkəni layiqincə təmsil etməyə çalışacaqlarını bildirib: "Mən və başqa bir məşqçinin adı namizədlər siyahısında idi. Əlimizdən gələni etmək üçün hər zaman hazır idik. Federasiya rəsmiləri də bunu bilirdilər və bizə etimad göstərdilər".

Türkiyəli baş məşqçi aşağı yaş qrupları ilə bağlı proqram hazırladıqlarını və federasiyaya təqdim etdiklərini söyləyib: "5 ildən sonra yalnız azərbaycanlı basketbolçuların olacağı nəsil yetişdirmək istəyirik. Qarşıdakı turnirlər bizim üçün təcrübə olacaq".

Evren Alkaya AVRO-2025-in seçmə mərhələsindəki şanslar və rəqiblər haqqında danışıb: "Komandamız hələlik hazır deyil. Bildiyim qədər Azərbaycanda 15 il əvvəl qadın basketbol yığması olub. Bu müddətdə bir neçə qadın basketbolçu yetişib. Bu səbəbdən işimiz çətin olacaq. Seleksiya aparacağıq. Çempion olan U-16 komandamız artıq U-17-dir. Oradan da oyunçular cəlb edəcəyik. Üst səviyyədə olan 2-3 idmançımız da var. Onları U-17 ilə birləşdirib bu çətin vəzifənin öhdəsindən gəlməyə çalışacağıq. AVRO-2025-in seçmə mərhələsindəki rəqiblərimiz çox güclüdürlər. Bizim milli hələlik bu səviyyədə deyil. Yığmanı ən qısa zamanda toplayıb hazırlıqlara başlayacaq. Çox çətin olacaq və istənilən nəticəyə hazır olmalıyıq".

Mütəxəssis 3x3 basketbolu üzrə "Neftçi" klubunun ABŞ-dan olan basketbolçularından birini heyətə cəlb edəcəklərini, lakin hələlik onun adını açıqlamaq istəmədiyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində Belçika, Litva və Polşa ilə birlikdə C qrupunda mübarizə aparacaq. Qarşılaşmalar noyabrda start götürəcək. Evren Alkaya daha əvvəl 16 yaşadək qızlardan ibarət millimizi Avropa çempionatının C divizionunda çempion edib.

Komanda
Mingəçevirdə suda kütləvi üzmə yarışı keçirilib

Mingəçevirdə suda kütləvi üzmə yarışı keçirilib

Komanda
Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Komanda
Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümün başlayacağı tarix açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümün başlayacağı tarix açıqlanıb

Komanda
Portuqaliyalı baş məşqçi: "Azərbaycan millisini dərindən təhlil edəcəyik"

Portuqaliyalı baş məşqçi: "Azərbaycan millisini dərindən təhlil edəcəyik"

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finalda mübarizəyə başlayır

Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finalda mübarizəyə başlayır

Komanda
"ABU Arena"nın adı dəyişdirilir

"ABU Arena"nın adı dəyişdirilir

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununa çıxacaq

Çağırış Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununa çıxacaq

Komanda
Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub

Komanda
Azərbaycan millisinin voleybolçusu İsrail klubuna keçib

Azərbaycan millisinin voleybolçusu İsrail klubuna keçib

Komanda
Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Komanda
Çağırış Kuboku: "Murov" mübarizəni dayandırıb

Çağırış Kuboku: "Murov" mübarizəni dayandırıb

Komanda
Azərbaycan millisi Avropa çempionatının təsnifat turnirinə hazırlaşır

Azərbaycan millisi Avropa çempionatının təsnifat turnirinə hazırlaşır