Canni De Byazi Estoniya ilə oyun üçün "Qarabağ" və "Zirə"nin futbolçusuna ehtiyac duymayıb
Azərbaycan millisinin iki futbolçusu AVRO-2024-ün seçmə mərhələsində bu gün Estoniya ilə səfərdə keçiriləcək matçın “23-lüy”ündən kənarda qalıb.
"Report"un məlumatına görə, baş məşqçi Canni De Byazi "Zirə"dən Rüstəm Əhmədzadə və "Qarabağ"dan Nəriman Axundzadənin xidmətinə ehtiyac duymayıb.
Adıçəkilən futbolçular Tallindəki "Le Koq Arena"da baş tutacaq qarşılaşmanı tribunadan izləməli olacaqlar. Daha əvvəl "Neftçi"nin yarımmüdafiəçisi Eddi İsrafilov zədə səbəbindən yığmanın toplanışından kənarda qalıb.
Qeyd edək ki, Estoniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

https://mail.qalaba.az//uploads/photo/canni-de-byazi-estoniya-ile-oyun-uchun-qarabag-ve-zirenin-futbolchusuna-ehtiyac-duymayib.webp











