“Neftçi”nin estoniyalı sabiq futbolçusu: “Azərbaycanla oyunda 3 xala ümid edirəm” - MÜSAHİBƏ

“Neftçi”nin estoniyalı sabiq futbolçusu: “Azərbaycanla oyunda 3 xala ümid edirəm” - MÜSAHİBƏ

Futbol üzrə Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində Estoniyanın qonağı olacaq.

VII tur ərəfəsində hər iki komanda 1 xalla F qrupunda 4-5-ci yerləri bölüşdürür.

Vaxtilə Azərbaycanda çıxış etmiş azsaylı estoniyalı futbolçulardan olan Dmitri Kruqlov Tallindəki qarşılaşmadan öncə komandaların şanslarını dəyərləndirib.

“Neftçi”, “İnter” (indiki “Şamaxı”) və “Rəvan”ın formasını geyinmiş 39 yaşlı mütəxəssis “Report”un suallarını cavablandırıb.

- Azərbaycan çempionatını izləyirsiniz?
- Xeyr, təəssüf ki, oyunlara baxa bilmirəm. Sadəcə, nəticələrə baxıram, ümumi mənzərədən xəbərdaram.

- Sabiq komandanız “Neftçi”nin son 10 ildə cəmi bir çempionluğu var. Sizcə, bu, “Qarabağ”ın daha güclü olmasından, yoxsa “ağ-qaralar”dakı çoxsaylı dəyişikliklərdən qaynaqlanır?
- Nədən qaynaqlandığını dəqiq deyə bilmərəm. Vəziyyəti daxildən bilmədən şərh etmək çətindir. “Qarabağ” uzun müddətdir ki, sabit və uğurlu çıxış edir. Ancaq Ramin Musayev və Sadiq Sadıqovun rəhbərliyi dönəmindəki “Neftçi” çox güclü idi.

- Artıq 10 ilə yaxındır ki, Azərbaycandan ayrılmısınız. Burada keçirdiyiniz illəri necə xatırlayırsınız?
- Orada keçirdiyim son il uğursuz oldu. Bu barədə danışmaq istəmirəm. Ancaq ümumilikdə yalnız isti xatirələr qalıb. Orada azarkeşlər futbolu sevirlər, ölkə çox qonaqpərvərdir.

- Estoniya millisinin futbolçusu Erik Sorqa “Sumqayıt”da çıxış edir. O, təklif alanda sizdən məsləhət istəyib?
- Xeyr, mənimlə bu keçidi müzakirə etməyib. İndi hansısa çempionat barədə məlumat toplamaq o qədər də çətin deyil. İnternet vasitəsilə, demək olar ki, hər şeyi öyrənmək olur.

- Hazırda Azərbaycan Premyer Liqasında cəmi bir estoniyalı futbolçu var. Sayın belə az olması nə ilə əlaqədardır?
- Bunu demək çətindir. Ola bilsin ki, futbolçuların səviyyəsi və keyfiyyəti ilə əlaqədardır.

- Bu gün Azərbaycan və Estoniya milliləri AVRO-2024-ün seçmə mərhələsində qarşılaşacaqlar. Oyundan nə gözləyirsiniz?
- İlk növbədə komandamızdan yaxşı futbol gözləyirəm. Ümid edirəm ki, Estoniya öz meydanında 3 xal qazana biləcək.

- Hər iki yığmanın hesabında 1 xal var və bunu Bakıda baş tutan oyunda əldə ediblər. Həm Estoniya, həm də Azərbaycan millisinin uğursuz çıxışının səbəbini nədə görürsünüz?
- Bütün matçları tək-tək dəyərləndirmək lazımdır. Azərbaycan barədə mühakimə yürütmək istəmirəm. Amma Estoniyanın çıxışına münasibət bildirə bilərəm. Haradasa bəxtimiz gətirmədi. Məsələn, Avstriya ilə səfər görüşündən xalla dönmək mümkün idi. Komandamız orada yaxşı çıxış etmişdi.

Futbol
Dünya çempionatında I turun yekununda Brazilya Serbiyanı məğlub edib

Dünya çempionatında I turun yekununda Brazilya Serbiyanı məğlub edib

Futbol
"Sabah" komandası Premyer Liqada yubiley qələbəsini qazanıb

"Sabah" komandası Premyer Liqada yubiley qələbəsini qazanıb

Futbol
Azərbaycan Premyer Liqası: Daha 2 turun oyun cədvəli bəlli olub

Azərbaycan Premyer Liqası: Daha 2 turun oyun cədvəli bəlli olub

Futbol
İngiltərə klubu ağır məğlubiyyətdən sonra baş məşqçini qovub

İngiltərə klubu ağır məğlubiyyətdən sonra baş məşqçini qovub

Futbol
Braziliya millisinin baş məşqçisi istefa verib

Braziliya millisinin baş məşqçisi istefa verib

Futbol
Azərbaycanın U-21 millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb - SİYAHI

Azərbaycanın U-21 millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb - SİYAHI

Futbol
Məhəmməd Adıyev: "Bu gün çox zəif oynadıq"

Məhəmməd Adıyev: "Bu gün çox zəif oynadıq"

Futbol
“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

Futbol
Sergey Rebrov Ukrayna millisinin baş məşqçisi ola bilər

Sergey Rebrov Ukrayna millisinin baş məşqçisi ola bilər

Futbol
Tərlan Əhmədov daha bir futbolçunu "Kəpəz"dən göndərir

Tərlan Əhmədov daha bir futbolçunu "Kəpəz"dən göndərir

Futbol
Uels millisi baş məşqçisi ilə müqavilə müddətini uzadıb

Uels millisi baş məşqçisi ilə müqavilə müddətini uzadıb

Futbol
Kriştiano Ronaldo “Qızıl top”larından birini 600 min avroya satıb

Kriştiano Ronaldo “Qızıl top”larından birini 600 min avroya satıb