Estoniya millisinin baş məşqçisi: “Bu, rəqiblərə hörmət etmədiyimizi göstərir”

Estoniya millisinin baş məşqçisi: “Bu, rəqiblərə hörmət etmədiyimizi göstərir”

“Fasilədə və oyundan sonra azarkeşlərin fitə basması İsveç, Avstriya, Azərbaycan kimi rəqiblərə hörmət etmədiyimizi göstərir”.

“QELEBE.AZ”un məlumatına görə, bunu Estoniya yığmasının baş məşqçisi Tomas Heberli Azərbaycan millisinə 0:1 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

İsveçrəli mütəxəssis azarkeşlərin onları fitə basmasından narazılığını bildirib: “Düşünürəm ki, gözləntilər və reallıq tarazlıqda deyil. Komandamız sona qədər “döyüşdü”. Amma haradan gəldiyimizi düşünməliyik. Biz bunu qəbul edib, təvazökar olmalıyıq. Azarkeşlər fitə bassalar belə, işimizə davam edəcəyik”.

O, birinci hissədə qol buraxmalarına da münasibət bildirib: “Birinci hissədə iki qol buraxmaq çox idi. Biz də pis oynamadıq, şanslarımız oldu. İkinci hissədə daha yaxşı çıxış etdik. Amma qol vurmasanız, vəziyyəti dəyişməyiniz mümkün deyil. Hələ püşkatma zamanı beşinci səbətdə idik. Yəni güclü qrupa düşdüyümüzü öncədən bilirdik. Noyabrda Avstriya və İsveçə qalib gəlsək, hər kəs komandanın tarixindəki ən mühüm qalibiyyətdən bəhs edəcək. Belə ağ-qara yanaşma kifayət qədər bezdiricidir”.

Futbol
"Qarabağ" Avropada məğlubedilməz 6 komandadan biridir

"Qarabağ" Avropada məğlubedilməz 6 komandadan biridir

Futbol
AVRO-2024: Azərbaycan millisi qrupdakı bütün rəqibləri ilə daha əvvəl bir neçə dəfə qarşılaşıb

AVRO-2024: Azərbaycan millisi qrupdakı bütün rəqibləri ilə daha əvvəl bir neçə dəfə qarşılaşıb

Futbol
"Kəpəz" komandasının qış hazırlıq planı bəlli olub

"Kəpəz" komandasının qış hazırlıq planı bəlli olub

Futbol
FIFA prezidenti transfer bazarında dəyişikliklər olacağını açıqlayıb

FIFA prezidenti transfer bazarında dəyişikliklər olacağını açıqlayıb

Futbol
Afrikalı futbolçu "Neftçi" ilə vidalaşıb

Afrikalı futbolçu "Neftçi" ilə vidalaşıb

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Futbol
Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib

Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib

Futbol
"Kəpəz"in baş məşqçisi istefa sədaları altında müsahibə verib

"Kəpəz"in baş məşqçisi istefa sədaları altında müsahibə verib

Futbol
PFL "Bir əsgərin "Turan" arzusu"na anlamlı reaksiya verib

PFL "Bir əsgərin "Turan" arzusu"na anlamlı reaksiya verib

Futbol
Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli olub

Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli olub

Futbol
Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub

Futbol
Azərbaycan millisi ardıcıl 5-ci qələbəsini qazanıb

Azərbaycan millisi ardıcıl 5-ci qələbəsini qazanıb