Avstriya millisinin kapitanı: “Azərbaycanla oyuna enerjili çıxmışdıq”
“Azərbaycanla oyuna enerjili çıxmışdıq, qələbə qazanmaq istəyirdik”.
“QELEBE.AZ” xəbər verir ki, bunu Avstriya yığmasının kapitanı Konrad Laymer Azərbaycan millisini 1:0 hesabı ilə məğlub etdikləri AVRO-2024-ün seçmə mərhələ oyunu barədə danışarkən deyib.
26 yaşlı yarımmüdafiəçi Avropa çempionatının final mərhələsinə vəsiqə qazandıqları üçün sevincli olduqlarını bildirib: “Bu, böyük hissdir. Avropa çempionatına vəsiqə qazanmaq xüsusidir. Buna görə də qalib gəlmək vacib idi. Hələ çox inkişaf etməliyik”.
Qeyd edək ki, Avstriya yığması hazırda F qrupunda 16 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

https://mail.qalaba.az//uploads/photo/avstriya-millisinin-kapitani-azerbaycanla-oyuna-enerjili-chixmishdiq.webp











