Rumıniyalı hakim 4-cü dəfə Azərbaycan komandasının oyununa təyinat alıb - ARAŞDIRMA

Rumıniyalı hakim 4-cü dəfə Azərbaycan komandasının oyununa təyinat alıb - ARAŞDIRMA

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Almaniya klubu “Bayer 04” ilə oyununu idarə edəcək Horatiu Feşniç karyerasında 4-cü dəfə Azərbaycan komandalarının matçına təyinat alıb.

“QELEBE.AZ”un məlumatına görə, rumıniyalı referi ilk dəfə təmsilçimizin səfər görüşündə iş başında olacaq.

Feşniç iki dəfə baş hakim, bir dəfə isə ehtiyat hakim kimi ölkəmizə gəlib. 2016-cı ildə, 27 yaşında FIFA referisi adını alan Feşniç bir il sonra “Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasında İtaliya təmsilçisi “Roma” ilə ev matçında ədalət təmsilçisi olub. “Azərsun Arena”da reallaşmış görüşdə qonaqlar 3:0 hesablı qələbə qazanıblar.

Rumıniyalının ölkəmizə növbəti səfəri 2019-cu ilin martına təsadüf edib. Azərbaycan millisi Nikola Yurçeviçin rəhbərliyi altında “Bakcell Arena”da Litva ilə yoldaşlıq görüşündə qolsuz bərabərə qalıb. Feşniç həmin qarşılaşmada Maksim Medvedev və Dmitri Nazarova sarı vərəqə göstərib.

O, bu mövsüm “Qəbələ”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kipr “Omoniyası” ilə ev matçına da təyinat alıb. Feşniç qonaq komandanın 3:2 hesabı ilə qələbə qazandığı Qəbələdəki oyuna dördüncü hakim qismində çıxıb.

Qeyd edək ki, oktyabrın 26-da “Bay-Arena”da keçiriləcək “Bayer 04” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Futbol
“Qarabağ”ın 420 günlük seriyası qırılıb

“Qarabağ”ın 420 günlük seriyası qırılıb

Futbol
Kristof Daum xərçəng xəstəliyinə tutulub

Kristof Daum xərçəng xəstəliyinə tutulub

Futbol
AFFA "Zirə"nin futbolçusu ilə bağlı qərara yenidən baxacaq

AFFA "Zirə"nin futbolçusu ilə bağlı qərara yenidən baxacaq

Futbol
Mərakeş qrup lideri oldu, dünya üçüncüsü mundialla vidalaşdı

Mərakeş qrup lideri oldu, dünya üçüncüsü mundialla vidalaşdı

Futbol
Şahruddin Məhəmmədəliyev: "Şəhidlərə görə qələbəyə tam sevinə bilmirik"

Şahruddin Məhəmmədəliyev: "Şəhidlərə görə qələbəyə tam sevinə bilmirik"

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Uduzduğumuz oyundan sonra dönüş yaratmaq istəyirdik"

"Qəbələ"nin baş məşqçisi: "Uduzduğumuz oyundan sonra dönüş yaratmaq istəyirdik"

Futbol
"Qarabağ" ilk yoxlama oyununda böyük hesabla uduzub

"Qarabağ" ilk yoxlama oyununda böyük hesabla uduzub

Futbol
Konfrans Liqası: "Başakşehir" və "Vilyarreal" pley-offa çıxıb

Konfrans Liqası: "Başakşehir" və "Vilyarreal" pley-offa çıxıb

Futbol
Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Futbol
“Qarabağ”ın oyununda bir dəqiqəlik sükut olub

“Qarabağ”ın oyununda bir dəqiqəlik sükut olub

Futbol
AFFA dörd klubu cəzalandırıb

AFFA dörd klubu cəzalandırıb

Futbol
"Neftçi"nin şikayəti təmin olunmayıb

"Neftçi"nin şikayəti təmin olunmayıb