Azərbaycan millisinə seçmə mərhələ oyunları üçün 19 futbolçu çağırılıb
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin üç oyun üçün heyəti açıqlanıb.
"QELEBE.AZ" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmaya 19 oyunçu cəlb edilib. Onlardan biri legionerdir.
Komanda noyabrın 1-dən 5-dək Bakıda təlim məşq toplanışı keçəcək.
Milli 6-15 noyabrda Sloveniyada UEFA Millətlər Liqası formatında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Yığma noyabrın 8-də Kosovo, 11-də Sloveniya, 14-də isə Moldova ilə üz-üzə gələcək.
| S | SOYADI | ADI | KLUB |
| 1 | Şahməmmədova | Mehriban | Neftçi |
| 2 | İsmayılova | Güləsər | Neftçi |
| 3 | Əkbərova | Aydan | Baku Cuniors |
| 4 | Ziyadova | Aysel | Şəmkir |
| 5 | Mirzəyeva | Aytac | Neftçi |
| 6 | Hüseynli | Fatiməyi Zəhra | Sumqayıt |
| 7 | Həsənli | Səma | Qəbələ |
| 8 | Seyidova | Müjgan | Neftçi |
| 9 | Əhmədova | Fatimə | Baku Cuniors |
| 10 | Həsənova | Aydan | Neftçi |
| 11 | Kocabey | Buse Nur | Asyaspor (Türkiyə) |
| 12 | Əliyeva | Röya | Baku Cuniors |
| 13 | Hacıyeva | Mələk | Baku Cuniors |
| 14 | Piriyeva | Şəkər | Neftçi |
| 15 | Murtuzayeva | Aysu | Neftçi |
| 16 | Haqverdiyeva | İntizar | Neftçi |
| 17 | Abbaszadə | Lalə | Neftçi |
| 18 | Əliyeva | Nailə | Baku Cuniors |
| 19 | Abışova | Fidan | Baku Cuniors |

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-millisine-sechme-merhele-oyunlari-uchun-19-futbolchu-chagirilib.webp











