Respublika Olimpiya Mərkəzində Beynəlxalq “Olimpiya Günü” tədbiri keçirilib ​

Respublika Olimpiya Mərkəzində Beynəlxalq “Olimpiya Günü” tədbiri keçirilib  ​

Respublika Olimpiya Mərkəzində Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə Beynəlxalq “Olimpiya Günü”nə həsr edilmiş tədbir keçirilib.

MOK-dan "Report"a verilən məlumata görə, tədbirdə qurumun vitse-prezidentləri Çingiz Hüseynzadə və Zemfira Meftahətdinova, MOK-un baş katibi Azər Əliyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, olimpiyaçılar, gənc idmançılar, federasiya və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə açıb. O, cari ilin iyun ayının mühüm idman yarışları ilə zəngin olduğunu bildirib: "Avropa Gənclər Olimpiya Festivalı, Avropa Oyunları və MDB Oyunları həmin ərəfədə keçirildi. Bu səbəbdən qrafik çox sıx oldu. Biz də Beynəlxalq Olimpiya Komitəsinin razılığı əsasında "Olimpiya Günü" tədbirini bu günə təyin etdik".

Çingiz Hüseynzadə​ Beynəlxalq Olimpiya Gününün 1996-cı ildən etibarən hər il qeyd olunduğunu diqqətə çatdırıb: "1997-ci ildə cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkəmizdə idmanın yüksəliş dövrü başladı. İdmançılarımız Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr əldə etdilər. Bundan başqa, ölkəmiz mühüm idman tədbirlərinə evsahibliyi etməyə başladı. Biz beynəlxalq idman qurumlarının etimadın qazandıq. Bir daha qeyd edim ki, cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezident seçilməsindən sonra Azərbaycanda Beynəlxalq "Olimpiya Günü" tədbiri də yüksək səviyyədə qeyd olunmağa başlandı".

MOK-un vitse-prezdenti tədbir iştirakçılarına uğurlar arzulayıb: "Çox xoşbəxtsiniz ki, bu gün iştirak etdiyiniz tədbirdə Olimpiya və dünya çempionları da sizinlə birlikdədirlər. Onların qarşısında çıxış etmək və mükafatçılar sırasında yer almaq yaddaşınızda daim qalacaq. Arzu edirəm ki, sağlam həyat tərzi yaşayasınız. İdman bu işdə ən yaxşı vasitə olacaq. Siz bununla da gələcəkdə müstəqil və qalib bir ölkənin vətəndaşları kimi dövlətə xidmət edəcəksiniz".

Elm və Təhsil Nazirliyi adından hər kəsi salamlayan nazir müavini Firudin Qurbanov isə tədbirin məktəblilərin inkişafında böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Nazir müavini çıxışında bir sıra maraqlı məqamlara da toxunub: "Çox xoşdur ki, biz bu gün böyük qələbə qazanan qalib bir ölkənin vətəndaşları kimi bu tədbirdə iştirak edirik. 30 ilə yaxın torpaqlarımız işğal altında olub. Lakin bu gün müstəqil Azərbaycanın üçrəngli bayrağı Qarabağın hər bir guşəsində qürurla dalğalanır. Bu bayraqları ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyev qaldırıb. Sevinirəm ki, bu tədbirdə ölkəmizin idman şərəfini beynəlxalq arenalarda şərəflə qoruyan Olimpiya çempionları, dünya və Avropa çempionatlarının mükafatçıları iştirak edirlər. Yaxşı xatırlayıram, Azərbaycan ilk dəfə Olimpiya Oyunlarında iştirak edəndə cəmi bir qızıl medalımız var idi. Lakin illər keçdikcə bu say artmağa başladı. Olimpiya Oyunlarında idmançılarımızın parlaq çıxışları ölkəmizdə böyük təntənə ilə qeyd olunurdu. Doğrudan da idman ölkəni bütün dünyada tanıtdıran vasitələrdən biridir. Mən bu gün hər bir iştirakçıya uğurlu və sağlam həyat tərzi arzulayıram. Elm və Təhsil Nazirliyi olaraq, bu cür tədbirlərdə iştiak etməkdən çox məmnunuq".

Rəsmi çıxışlardan sonra Olimpiya Mədəniyyəti və Təhsil Proqramı (OCEP) məktəblilərinin iştirakı ilə əyləncəli idman yarışı təşkil olunub. İki hissədən ibarət olan yarışlarda əvvəlcə paytaxtın 10 məktəbindən 200-dən artıq şagird və fiziki tərbiyə müəlliminin iştirakı ilə atletika növü üzrə mübarizəyə start verilib. Yarışların ikinci hissəsində isə dünya, Avropa çempionatlarının və AYOF-un qalib və mükafatçıları olan gənc cüdoçular məktəblilərlə birlikdə kəndirdartma və şən startlar yarışında iştirak ediblər.

Yekun nəticələrə əsasən, Yasamal rayonunu təmsil edən 18 saylı məktəbin komandası 30 xalla birinci yeri tutub. Nəsimi rayonu 42 saylı məktəbin komandası 28 xalla ikinci, Nərimanov rayonu 193 saylı məktəbin kollektivi isə 27 xalla üçüncü pillədə qərarlaşıb. Yarışın qalibləri kubok, diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar. Təbdirin sonunda xatirə şəkili çəkdirilib.

Qeyd edək ki, Beynəlxalq və Avropa Olimpiya Komitələrinin təşkil etdiyi layihələrdə fəal şəkildə iştirak edən Milli Olimpiya Komitəsi 1996-cı ildən bu tədbiri həyata keçirir. Tədbirin əsas məqsədi Olimpiya Hərəkatına dəstək, gənc nəsil arasında olimpizmin təbliği, olimpiyaçıları tanıtmaq və Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir.

Fərdi
Azərbaycanın iki cüdo hakimi B kateqoriyası alıb

Azərbaycanın iki cüdo hakimi B kateqoriyası alıb

Fərdi
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Fərdi
Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb

Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb

Fərdi
Azərbaycanın iki cüdoçusu zədə səbəbindən Bakıdakı yarışı buraxacaq

Azərbaycanın iki cüdoçusu zədə səbəbindən Bakıdakı yarışı buraxacaq

Fərdi
Azərbaycan millisi Dünya Kubokunda finala yüksəlib

Azərbaycan millisi Dünya Kubokunda finala yüksəlib

Fərdi
Azərbaycan boksçusu dünya çempionatında növbəti qələbəsini qazanıb

Azərbaycan boksçusu dünya çempionatında növbəti qələbəsini qazanıb

Fərdi
Elnur Məmmədli: "Avropa çempionatına qələbə üçün gəlmişik" - MÜSAHİBƏ

Elnur Məmmədli: "Avropa çempionatına qələbə üçün gəlmişik" - MÜSAHİBƏ

Fərdi
Güneyli güləşçi: “Azərbaycan xalqının kiçik bir övladı kimi Zəfər bayramını təbrik edirəm”

Güneyli güləşçi: “Azərbaycan xalqının kiçik bir övladı kimi Zəfər bayramını təbrik edirəm”

Fərdi
Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb

Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb

Fərdi
UFC: Nəriman Abbasov iddiaçılar turnirində uduzub

UFC: Nəriman Abbasov iddiaçılar turnirində uduzub

Fərdi
Üçqat olimpiya çempionu dopinqə görə yarışlardan kənarlaşdırılıb

Üçqat olimpiya çempionu dopinqə görə yarışlardan kənarlaşdırılıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi mübarizəyə başlayır