UEFA Avropa Liqası: "Bayer 04" - "Qarabağ" oyunu azarkeş sayına görə 6-cı olub
UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı müəyyənləşib.
"Report" xəbər verir ki, Almaniyada yerli "Bayer 04" və "Qarabağ" arasında baş tutan qarşılaşma 6-cı sırada yer alıb.
"Bay Arena"dakı görüşdə 29039 tamaşaçı olub.
Ən çox fanat isə "Marsel" (Fransa) - AEK (Yunanıstan) matçında (65092 nəfər) qeydə alınıb.
Qeyd edək ki, "Qarabağ" səfərdə rəqibinə 1:5 hesabı ilə uduzmuşdu.

https://mail.qalaba.az//uploads/photo/uefa-avropa-liqasi-bayer-04-qarabag-oyunu-azarkesh-sayina-gore-6-ci-olub.webp












