Azərbaycan millisinin baş məşqçisi: "Növbəti mərhələ haqqında fikirləşmək tezdir"

Azərbaycan millisinin baş məşqçisi: "Növbəti mərhələ haqqında fikirləşmək tezdir"

"Növbəti mərhələ haqqında fikirləşmək tezdir. Çünki bizi daha bir oyun gözləyir".

Bunu "QELEBE.AZ"a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında Misiri 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Mütəxəssis Küveytlə oktyabrın 31-də baş tutacaq növbəti matça hazırlaşacaqlarını bildirib: "Onlar da istəkli komandadırlar. Həmin qarşılaşmaya da ciddi hazırlaşacağıq. Hər qələbəmiz xalqımızı sevindirir. Növbəti mərhələyə vəsiqəni təmin etsək də, bütün görüşlərə qələbə əzmi ilə çıxırıq".

Quliyev Misir yığmasının son Afrika çempionu olduğunu xatırladıb: "Onlara qarşı xüsusi oyun planı hazırlamışdıq. Misir yığmasının aqressiv komanda olduğunu da bilirdik. Bu səbəbdən fərqli oyun planı qurduq. Bu da düşərli oldu. Hazırladığımız plan uğurlu alındı. Bunun sayəsində oyunçularımız verilən tapşırığı tam yerinə yetirdilər. Nəticədə inamlı qələbə qazandıq".

Futbol
DÇ-2022: Uelsdən əzmkar heç-heçə  - YENİLƏNİB

DÇ-2022: Uelsdən əzmkar heç-heçə - YENİLƏNİB

Futbol
Laurentsiu Reqekampf: "Azarkeşlər qarşısında çox utanıram"

Laurentsiu Reqekampf: "Azarkeşlər qarşısında çox utanıram"

Futbol
"Frayburq"un baş məşqçisi koronavirusa yoluxub

"Frayburq"un baş məşqçisi koronavirusa yoluxub

Futbol
Modriç və Ronaldo yenidən komanda yoldaşı ola bilərlər

Modriç və Ronaldo yenidən komanda yoldaşı ola bilərlər

Futbol
“Qarabağ”ın “Gent”lə oyunlarının vaxtı dəqiqləşib

“Qarabağ”ın “Gent”lə oyunlarının vaxtı dəqiqləşib

Futbol
Robert Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Robert Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm ilk dəfə xal itirib

Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm ilk dəfə xal itirib

Futbol
Rail Məlikov: "Baş məşqçinin səhhəti pisləşib"

Rail Məlikov: "Baş məşqçinin səhhəti pisləşib"

Futbol
Dubay polisi azarkeşlər üçün qadağalar tətbiq edib

Dubay polisi azarkeşlər üçün qadağalar tətbiq edib

Futbol
DÇ-2022: İngiltərə ABŞ-la bərabərə qalıb

DÇ-2022: İngiltərə ABŞ-la bərabərə qalıb

Futbol
Pelenin indiyədək qırılmayan 10 rekordu açıqlanıb

Pelenin indiyədək qırılmayan 10 rekordu açıqlanıb

Futbol
DÇ-2022-nin açılış mərasimi keçirilib

DÇ-2022-nin açılış mərasimi keçirilib