Türkiyəli MMA döyüşçüsü: “Rizin”də döyüşəcəyimi eşidən kimi rəqibin kimliyini soruşmadan razılaşdım”

Türkiyəli MMA döyüşçüsü: “Rizin”də döyüşəcəyimi eşidən kimi rəqibin kimliyini soruşmadan razılaşdım”

“Rizin”də döyüşəcəyimi eşidən kimi rəqibin kimliyini soruşmadan razılaşdım”.

“QELEBE.AZ”un məlumatına görə, bunu Türkiyənin MMA idmançısı Ferit Göktepe “Rizin” Döyüş Federasiyasının Bakıda təşkil edəcəyi “Landmark 7” turniri ərəfəsində mətbuat konfransında deyib.

O, azərbaycanlı Mehman Məmmədovla keçirəcəyi döyüşlə bağlı fikirlərini bildirib: “Görüşü son gündə qəbul etdim. Daha əvvəldən də səhər və axşam məşqlər edirdim. Amma indi çəkimi azaltmaqla məşğulam. Ümumiyyətlə, “Rizin” böyük təşkilatdır. Burada olduğum üçün xoşbəxtəm. Ani qərar vermək cəsarət tələb edir ki, bu da məndə var. Daha əvvəldən də başqa təşkilatlardan təkliflərim var idi. Ancaq “Rizin”i eşidən kimi fikrimi qətiləşdirdim”.

Türkiyəli döyüşçü Mehman Məmmədov barədə müsbət fikirlər səsləndirib: “Rəqibimə hörmətlə yanaşıram, təcrübəli, yaxşı idmançıdır. Ancaq mən də bir o qədər təhlükəli və cəsuram. Boksda, cüdoda, bir sözlə, bütün sahələrdə yaxşıyam. Universal idmançıyam, istənilən üslubda çıxış etməyə hazıram. Məqsədim rəqibimi nokaut etmək və ya boğmaqdır. Bunu reallaşdırmağa çalışacağam. İstədiyimi həyata keçirə bilsəm, yaxşı müqaviləyə qol çəkə bilərəm”.

Ferit Göktepe özünü xaraktercə yaponlara oxşadıb: “Yaponları türklərə çox bənzədirəm. Xarakterli insanlardır. Mən özüm də onlara oxşayıram. Məni özlərindən biri kimi görə bilərlər”.

Qeyd edək ki, Ferit Göktepe ilə Mehman Məmmədov arasında döyüş noyabrın 4-də Milli Gimnastika Arenasında keçiriləcək.

Fərdi
Şəhriyar Məmmədyarov: "Turnirdə tarix yazdım"

Şəhriyar Məmmədyarov: "Turnirdə tarix yazdım"

Fərdi
Rafael Ağayev ABŞ idmançısına qalib gələrək çempionluq kəmərinə sahib çıxıb

Rafael Ağayev ABŞ idmançısına qalib gələrək çempionluq kəmərinə sahib çıxıb

Fərdi
Eldəniz Əzizli: "Təcrübə hesabına qalib gəldim"

Eldəniz Əzizli: "Təcrübə hesabına qalib gəldim"

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatında 1 qızıl, 2 bürünc medal qazanıblar

Azərbaycan karateçiləri dünya çempionatında 1 qızıl, 2 bürünc medal qazanıblar

Fərdi
"Vüqar Həşimov Memorialı-2022": Məmmədov 2-ci pillədə, Məmmədyarov yenə qələbəsiz qalıb

"Vüqar Həşimov Memorialı-2022": Məmmədov 2-ci pillədə, Məmmədyarov yenə qələbəsiz qalıb

Fərdi
Azərbaycan taekvondoçuları mundialı bir medalla başa vurublar

Azərbaycan taekvondoçuları mundialı bir medalla başa vurublar

Fərdi
Azərbaycan cüdoçusu Avropa ikincisi olub

Azərbaycan cüdoçusu Avropa ikincisi olub

Fərdi
Vüqar Əhmədov Beynəlxalq Kanoe Federasiyasının prezidenti ilə görüşüb

Vüqar Əhmədov Beynəlxalq Kanoe Federasiyasının prezidenti ilə görüşüb

Fərdi
"Vüqar Həşimov Memorialı-2022": Şəhriyar Məmmədyarov günü qələbəsiz başa vurub

"Vüqar Həşimov Memorialı-2022": Şəhriyar Məmmədyarov günü qələbəsiz başa vurub

Fərdi
"Formula 1": Yeni mövsümün ilkin təqvimi açıqlanıb

"Formula 1": Yeni mövsümün ilkin təqvimi açıqlanıb

Fərdi
Azərbaycanın üzgüçülük millisinə Macarıstandan məşqçi təyin olunub

Azərbaycanın üzgüçülük millisinə Macarıstandan məşqçi təyin olunub

Fərdi
Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib

Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib