Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda boks mərkəzi fəaliyyətə başlayıb

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda boks mərkəzi fəaliyyətə başlayıb

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Boks Təlim Mərkəzi fəaliyyətə başlayıb.

Azərbaycan Boks Federasiyasından (ABF) "Report"a verilən məlumata görə, “gənclik şəhəri”nin boksçuları burada ilk məşqlərinə çıxıblar.

ABF-in dəstəyi ilə inşa edilən mərkəzin ümumi sahəsi 1441 m2 təşkil edir və 3 mərtəbədən ibarətdir. Burada bufet, mətbəx və qeydiyyat otağı yer alır. İkinci mərtəbədə məşq zonası yerləşir. Həmçinin sauna, 2 paltardəyişmə otağı var və məşq üçün bütün idman ləvazimatları ilə təchiz edilib. Məşqçi, həkim və masaj otaqları üçüncü mərtəbədə yerləşir. Burada həmçinin trenajor zalı da var.

Boks Təlim Mərkəzinin direktoru Şahin İmranov bildirib ki, 1966-cı ildə Sumqayıt şəhər stadionu istifadəyə veriləndən burada boks bölməsi fəaliyyət göstərib. Pekin-2008 Yay Olimpiya Oyunlarının mükafatçısının sözlərinə görə, özü də məşqlərə məhz burada başlayıb: “1992-ci ildə Eldar Əbilovun rəhbərliyi altında boksun sirlərini burada öyrənməyə başlamışam. Sumqayıtın bir sıra titullu boksçuları da məhz burada yetişiblər və ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil ediblər. İnanırıq ki, biz də bunu inamla davam etdirəcəyik. Yaxşı perspektiv vəd edən idmançılar var”.

O, Boks Təlim Mərkəzində 12 məşqçinin çalışacağını qeyd edib. Hazırlığa isə eyni anda 25-30 yeniyetmə qatıla biləcək.

İmranov beynəlxalq standartlara cavab verən ləvazimatlarla təchiz edilən idman ocağında ilk məşqin yüksək səviyyədə keçdiyini vurğulayıb: “Hazırlığa yeni başlasaq da, Sumqayıtda boksa maraq yüksəkdir. İlk məşqdə yeniyetmələr arasında Avropa və dünya mükafatçıları da iştirak ediblər. Onların hər biri yaradılan şəraitdən razı qalıblar”.

Direktor Boks Təlim Mərkəzinin tezliklə ölkə idmanına böyük fayda verəcəyini deyib. Yığmanın da bazası olacaq mərkəzdə klublar da təlim-məşq toplanışı keçə biləcəklər.

Qeyd edək ki, oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısına arenanın yardımçı binasında inşa edilən Sumqayıt Boks Təlim Mərkəzi barədə də məlumat verilib.

Fərdi
Azərbaycan güləşçisi Dünya Kubokunda zədələnib

Azərbaycan güləşçisi Dünya Kubokunda zədələnib

Fərdi
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçilərinin ilk rəqibləri bilinib

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçilərinin ilk rəqibləri bilinib

Fərdi
Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib

Azərbaycan triatlonçusu dünya reytinqində irəliləyib

Fərdi
Tanınmış idmançı evində ölü tapılıb

Tanınmış idmançı evində ölü tapılıb

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov ABŞ şahmatçısına uduzub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov ABŞ şahmatçısına uduzub

Fərdi
Yaponiya Qran-prisində qalib gələn Ferstappen 2-ci dəfə dünya çempionu olub

Yaponiya Qran-prisində qalib gələn Ferstappen 2-ci dəfə dünya çempionu olub

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib

Fərdi
Azərbaycan taekvondoçuları mundialı bir medalla başa vurublar

Azərbaycan taekvondoçuları mundialı bir medalla başa vurublar

Fərdi
"Shusha Chess 2022" turnirində VI tura start verilib

"Shusha Chess 2022" turnirində VI tura start verilib

Fərdi
Floyd Meyvezer yaponiyalı MMA döyüşçüsünü nokautla məğlub edib

Floyd Meyvezer yaponiyalı MMA döyüşçüsünü nokautla məğlub edib

Fərdi
Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokuna satılmış biletlərin sayı açıqlanıb

Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokuna satılmış biletlərin sayı açıqlanıb

Fərdi
MOK-un nümayəndə heyəti ANOC-un Baş Assambleyasında iştirak edib

MOK-un nümayəndə heyəti ANOC-un Baş Assambleyasında iştirak edib