KİV: “Əl-Hilal” bir zamanlar Messiyə ildə 1 milyard avro təklif edib

KİV: “Əl-Hilal” bir zamanlar Messiyə ildə 1 milyard avro təklif edib

Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu argentinalı hücumçu Lionel Messiyə ildə 1 milyard avro təklif edib.

"Report"un "Le10sport"a istinadən verdiyi məlumata görə, Səudiyyə klubunun nümayəndələri Messi hələ Fransanın PSJ-də çıxış etdiyi vaxt onunla görüşüb, lakin argentinalı heç vaxt Səudiyyə Ərəbistanına getmək istəməyib. Yay transfer pəncərəsi zamanı o, "İnter Mayami" ilə müqavilə imzalayıb.

Messi "Barselona"da 2003-2021-ci illərdə çıxış edib. Hər iki tərəfin istəyinə baxmayaraq, İspaniya çempionatının rəhbərliyi tərəfindən qoyulan maliyyə məhdudiyyətləri səbəbindən yeni müqavilə bağlanmayıb və argentinalı azad agentə çevrilib.

O, klubda qalmaq üçün maaşının yarısını verməyə hazır olduğunu etiraf edib. İspaniya komandasının tərkibində Messi 10 dəfə çempionluq, 7 dəfə ölkə kuboku və 4 dəfə Çempionlar Liqasının qalibi olub.

Hücumçu iki il Fransanın PSJ klubunda oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. Avqustun 20-də argentinalı Amerikada ilk dəfə Liqa Kubokunu qazanıb.

Futbol
İngiltərəli müdafiəçi vurduğu qolların sayına görə tarixə düşüb

İngiltərəli müdafiəçi vurduğu qolların sayına görə tarixə düşüb

Futbol
DÇ-2022-nin açılış mərasimi keçirilib

DÇ-2022-nin açılış mərasimi keçirilib

Futbol
Ozan Can Kökçü: "Azərbaycan və Türkiyənin mənim üçün fərqi yoxdur"

Ozan Can Kökçü: "Azərbaycan və Türkiyənin mənim üçün fərqi yoxdur"

Futbol
"Olimpiakos"un qapıçısı əməliyyat olunub

"Olimpiakos"un qapıçısı əməliyyat olunub

Futbol
Emin Mahmudov Şotlandiya klubuna keçə bilər

Emin Mahmudov Şotlandiya klubuna keçə bilər

Futbol
DÇ-2022: Portuqaliya İsveçrəni 6:1 məğlub edərək 1/4 finala yüksəlib

DÇ-2022: Portuqaliya İsveçrəni 6:1 məğlub edərək 1/4 finala yüksəlib

Futbol
Erməni təxribatı zamanı şəhid olan hərbçilərin beşi futbolçu imiş

Erməni təxribatı zamanı şəhid olan hərbçilərin beşi futbolçu imiş

Futbol
Qurban Qurbanov: "İki və ya üç oyunçu transfer etmək istəyirik"

Qurban Qurbanov: "İki və ya üç oyunçu transfer etmək istəyirik"

Futbol
Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

Futbol
FIFA referisi: "Yan xətt hakimi səhv edib, çox şərh verməyə gərək yoxdur"

FIFA referisi: "Yan xətt hakimi səhv edib, çox şərh verməyə gərək yoxdur"

Futbol
"Nant"ın baş məşqçisi: "Mərhələni "Qarabağ" da keçsəydi, məyus olmazdıq"

"Nant"ın baş məşqçisi: "Mərhələni "Qarabağ" da keçsəydi, məyus olmazdıq"

Futbol
"Qarabağ"ın futbolçusu: "Bəzən oyun istədiyimiz kimi getmirdi"

"Qarabağ"ın futbolçusu: "Bəzən oyun istədiyimiz kimi getmirdi"