Premyer Liqa: “Mançester Yunayted” və “Arsenal” qələbə qazanıb

Premyer Liqa: “Mançester Yunayted” və “Arsenal” qələbə qazanıb

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının XII turu çərçivəsində evdə “Luton Taun”u minimal hesabla məğlub edib - 1:0.

"QELEBE.AZ" xəbər verir ki, matçda yeganə qolu 59-cu dəqiqədə “qırmızı şeytanlılar”ın müdafiəçisi Viktor Lindelef vurub.

21 xal toplayan “Mançester Yunayted” turnir cədvəlində altıncı pilləyə yüksəlib. “Luton Taun” altı xalla 17-ci yerdədir.

12-ci turun digər oyununda “Arsenal” "doğma divarlar" arasında “Bernli”dən 3:1 hesabı ilə üstün olub.

Hesabı 45+1-ci dəqiqədə “topçular”dan Leandro Trossar açıb. Coş Braunhil 54-cü dəqiqədə hesaba tarazlıq gətirib. Amma üç dəqiqə sonra Vilyam Saliba meydan sahiblərini hesabda yenidən önə çıxarıb. Aleksandr Zinçenko 74-cü dəqiqədə yekun hesabı müəyyənləşdirib.

Mikel Artetanın komandası matçın 83-cü dəqiqəsində azlıqda qalıb. Fabiu Vieyra qırmızı vərəqə alıb. “Arsenal” 27 xalla ikinci, “Bernli” isə 4 xalla 19-cudur.

Xatırladaq ki, daha öncə "Tottenhem" səfərdə "Vulverhempton"a məğlub olmuşdu.

Futbol
"Qalatasaray" Arda Turan üçün vida matçı təşkil edəcək

"Qalatasaray" Arda Turan üçün vida matçı təşkil edəcək

Futbol
Canni De Byazi: "İlk hissədə komanda çox xoşuma gəldi"

Canni De Byazi: "İlk hissədə komanda çox xoşuma gəldi"

Futbol
"Şamaxı" klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib

"Şamaxı" klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib

Futbol
UEFA reytinqi: Türkiyə irəliləyib, Yunanıstan geriləyib

UEFA reytinqi: Türkiyə irəliləyib, Yunanıstan geriləyib

Futbol
Pele ilə vida mərasiminə qatılmayan futbolçular tənqidlərə məruz qalıblar

Pele ilə vida mərasiminə qatılmayan futbolçular tənqidlərə məruz qalıblar

Futbol
"Milan"ın futbolçusunun evi qarət olunub

"Milan"ın futbolçusunun evi qarət olunub

Futbol
"Qarabağ"ın sabiq legioneri: "Nant"la oyun asan olmayacaq"

"Qarabağ"ın sabiq legioneri: "Nant"la oyun asan olmayacaq"

Futbol
Ukrayna Rusiyanın FIFA və UEFA-dan kənarlaşdırılmasını tələb edir

Ukrayna Rusiyanın FIFA və UEFA-dan kənarlaşdırılmasını tələb edir

Futbol
Azərbaycan Premyer Liqası: Daha 2 turun oyun cədvəli bəlli olub

Azərbaycan Premyer Liqası: Daha 2 turun oyun cədvəli bəlli olub

Futbol
Şenol Günəş “Beşiktaş”;n baş məşqçisi təyin olunub

Şenol Günəş “Beşiktaş”;n baş məşqçisi təyin olunub

Futbol
Qara Qarayev: "Millidən kənarda qalmaq məni məyus edir"

Qara Qarayev: "Millidən kənarda qalmaq məni məyus edir"

Futbol
APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA

APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA