Saşa Yunisoğlu: "Fənərbağça" ilə ən azından akademiyalar səviyyəsində əməkdaşlıq olacaq"

Saşa Yunisoğlu: "Fənərbağça" ilə ən azından akademiyalar səviyyəsində əməkdaşlıq olacaq"

"Əminliklə deyə bilərəm ki, bu səfər çox maraqlı və faydalı alındı. Düşünürəm ki, bundan sonra klublarımız arasında ən azından akademiyalar səviyyəsində əməkdaşlıq olacaq".

Bunu "QELEBE.AZ"a açıqlamasında bir həftə Türkiyədə "Fənərbağça"nın akademiyasında olan "Sabah" klubunun U-19 komandasının məşqçisi Saşa Yunisoğlu deyib.

"Qəbələ"dəki həmkarı Zaur Hacıyevlə birlikdə qardaş ölkədə təcrübə keçən 37 yaşlı mütəxəssis onlara diqqət ayırdıqları üçün İstanbul təmsilçisində çalışan şəxslərə təşəkkür edib: "Çox gözəl təşkil olunan səfərə görə həm öz adımdan, həm də "Sabah" adından AFFA-ya minnətdarlığımı bildirirəm. Bizi orada çox yaxşı qarşıladılar. Akademiyanın direktoru Sedat Karabük, koordinatorları Mehmet Hacıoğlu, Cem Karaca, psixoloq və bütün yaş kateqoriyasının məşqçiləri ilə görüşlərimiz oldu".

Azərbaycan millisinin sabiq müdafiəçisi bir neçə gün ərzində akademiyanın infrastrukturu, müasir texnologiyaları, iş metodikası və prinsipləri ilə yaxından tanış olduqlarını vurğulayıb: "Uşaqların qaldıqları yerlə, şəraitlə yaxından tanış olduq. U-19, U-17, U-16, U-15 və U-14 komandalarının məşqlərinə və iclaslarına qatıldıq. "Fənərbağça"da hər şeyin yüksək səviyyədə olduğunu gördük. Onlara ölkəmizin uşaq futbolu haqqında ətraflı məlumat verməyə çalışdıq. Öz klublarımızın atributlarını da akademiyanın rəhbərliyinə hədiyyə etdik".

Qeyd edək ki, AFFA "Qəbələ"nin U-19 komandasında çalışan Zaur Hacıyevi və "Sabah"ın U-19 kollektivində işləyən Saşa Yunisoğlunu qardaş ölkəyə təcrübə məqsədilə göndərib.

Futbol
Ronaldu karyerası ərzində qazandığı ən vacib titulu açıqlayıb

Ronaldu karyerası ərzində qazandığı ən vacib titulu açıqlayıb

Futbol
"Qarabağ"ın sabiq futbolçusu Rusiya klubuna keçib

"Qarabağ"ın sabiq futbolçusu Rusiya klubuna keçib

Futbol
“Real Madrid” Dueyn Consona onun adı olan forma hədiyyə edib

“Real Madrid” Dueyn Consona onun adı olan forma hədiyyə edib

Futbol
Arno Paypers: "Bakıda Azərbaycan millisinə qarşı oynamaq çətin deyil"

Arno Paypers: "Bakıda Azərbaycan millisinə qarşı oynamaq çətin deyil"

Futbol
Fransa Peşəkar Futbol Liqası "Qarabağ"ın rəqibini cəzalandırıb

Fransa Peşəkar Futbol Liqası "Qarabağ"ın rəqibini cəzalandırıb

Futbol
"Qarabağ"ın aparıcı futbolçusu "Frayburq"la oyunu buraxacaq

"Qarabağ"ın aparıcı futbolçusu "Frayburq"la oyunu buraxacaq

Futbol
"Qəbələ" ardıcıl 2-ci məğlubiyyətini alıb

"Qəbələ" ardıcıl 2-ci məğlubiyyətini alıb

Futbol
Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanılıb

Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanılıb

Futbol
Zaur Axundov milli komandanın futzalçıları ilə görüşüb

Zaur Axundov milli komandanın futzalçıları ilə görüşüb

Futbol
Aftandil Hacıyev: "Qarabağ" və "Neftçi" qələbə üçün sonadək döyüşəcək"

Aftandil Hacıyev: "Qarabağ" və "Neftçi" qələbə üçün sonadək döyüşəcək"

Futbol
Nunu Qomeş: "Qarabağ"ın  prezidenti kluba çox sərmayə qoyur"

Nunu Qomeş: "Qarabağ"ın prezidenti kluba çox sərmayə qoyur"

Futbol
"Sabah"ın hücumçusu Gürcüstan millisinə dəvət alıb

"Sabah"ın hücumçusu Gürcüstan millisinə dəvət alıb