Lüksemburqda Azərbaycan millisinin üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib

Lüksemburqda Azərbaycan millisinin üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib

Avropa çempionatının seçmə mərhələsində iştirak etmək üçün Lüksemburqda olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvlərinə danışılmış oyunlarla bağlı maarifləndirici seminar keçirilib.

"QELEBE.AZ" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Lüksemburqda, “Park Otel”in iclas zalında təşkil edilən iclasda UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminarda "Danışılmış oyunlar"a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb.

Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib. İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

Futbol
"Qarabağ"ın monteneqrolu yarımmüdafiəçisi "Olimpiakos"la oyunu buraxacaq

"Qarabağ"ın monteneqrolu yarımmüdafiəçisi "Olimpiakos"la oyunu buraxacaq

Futbol
Qurban Qurbanov: "Rəqib futbolçu penalti olduğunu söylədi"

Qurban Qurbanov: "Rəqib futbolçu penalti olduğunu söylədi"

Futbol
"Zirə"də əvəzedici komandaya göndərilən futbolçular əfv olunub

"Zirə"də əvəzedici komandaya göndərilən futbolçular əfv olunub

Futbol
Mançester derbisində 9 qol vurulub

Mançester derbisində 9 qol vurulub

Futbol
Tərlan Əhmədov daha bir futbolçunu "Kəpəz"dən göndərir

Tərlan Əhmədov daha bir futbolçunu "Kəpəz"dən göndərir

Futbol
Azərbaycanın futzal millisinin Avropa çempionatındakı rəqibləri bəlli olub

Azərbaycanın futzal millisinin Avropa çempionatındakı rəqibləri bəlli olub

Futbol
Azərbaycan millisinin Slovakiya və Qazaxıstanla oyunlar üçün heyəti açıqlanıb

Azərbaycan millisinin Slovakiya və Qazaxıstanla oyunlar üçün heyəti açıqlanıb

Futbol
“Neftçi” rəsmisi: “İclasda klubun əvvəlki əzəmətini necə qaytarmalıyıq mövzusunda müzakirələr oldu”

“Neftçi” rəsmisi: “İclasda klubun əvvəlki əzəmətini necə qaytarmalıyıq mövzusunda müzakirələr oldu”

Futbol
Ronaldunun “Əl Nəsr”lə müqaviləsinə Çempionlar Liqasında oynamaq bəndi salınıb

Ronaldunun “Əl Nəsr”lə müqaviləsinə Çempionlar Liqasında oynamaq bəndi salınıb

Futbol
Kurban Berdıyev "Traktor"dan ayrıla bilər

Kurban Berdıyev "Traktor"dan ayrıla bilər

Futbol
"Neftçi"nin baş məşqçisi: "Mənim adım çox yerdə hallanır"

"Neftçi"nin baş məşqçisi: "Mənim adım çox yerdə hallanır"

Futbol
Ronaldo ilə Messi “All-Star” matçında üz-üzə gələcək

Ronaldo ilə Messi “All-Star” matçında üz-üzə gələcək