AMADA-nın icraçı direktoru Çexiyada bədən tərbiyəsi və idman fakültəsinin katibi ilə görüşüb

AMADA-nın icraçı direktoru Çexiyada bədən tərbiyəsi və idman fakültəsinin katibi ilə görüşüb

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə Çexiyanın paytaxtı Praqada Karl Universitetinin Bədən tərbiyəsi və idman fakültəsinin katibi Radim Zelenko ilə görüşüb.

"QELEBE.AZ"un məlumatına görə, AMADA-nın rəsmisi görüşdə elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi təşəbbüsü ilə çıxış edib.

Toplantıda idmanda dopinqlə mübarizə sahəsində təhsil siyasəti paradiqmasına yenidən baxılması və uzunmüddətli əməkdaşlığın qurulması imkanları müzakirə olunub.

Həm Azərbaycan, həm də Çexiya idmançılarının fərdi ehtiyaclarını ödəməyə qadir olan inklüziv təlim mühitinin yaradılmasının vacibliyi vurğulanıb. Tərəfdaşlıq həm idmançıların özlərini, həm də onların yardımçı heyətini (məşqçilər, həkimlər, fizioterapevtlər və s.) əhatə etməklə, təmiz idman sahəsində təhsilin yüksək səviyyədə saxlanmasına və etik dəyərlərin formalaşdırılmasına yönəlib.

Bundan əlavə, antidopinq sahəsində birgə təlim və tədqiqat proqramlarına başlanılması barədə razılıq əldə olunub. Bu əməkdaşlıq Praqadakı Karl Universiteti ilə AMADA arasında təcrübə mübadiləsini nəzərdə tutur ki, bu da təhsil komponentini daha diqqətli və effektiv edəcək.

Görüş Azərbaycan Milli Antidopinq Agentliyinin təhsil siyasətinin yenilənməsi istiqamətində həlledici addımları ifadə etməklə yanaşı, iki ölkə arasında idmanda dopinqdən istifadəyə qarşı birgə mübarizəyə yönəlmiş təlim və tədqiqatlar sahəsində əməkdaşlığı gücləndirəcək.

Fərdi
Azərbaycan İdman Jurnalistləri İB ABF ilə birlikdə yazı müsabiqəsinə start verir

Azərbaycan İdman Jurnalistləri İB ABF ilə birlikdə yazı müsabiqəsinə start verir

Fərdi
Bakıda kikboksinq üzrə Respublika Kuboku start götürüb

Bakıda kikboksinq üzrə Respublika Kuboku start götürüb

Fərdi
"Tata Steel İndia": Şəhriyar Məmmədyarov ikinci gündə qələbəsiz qalıb

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov ikinci gündə qələbəsiz qalıb

Fərdi
Jurnalistlər arasında şahmat yarışının mükafatçıları bəlli olub

Jurnalistlər arasında şahmat yarışının mükafatçıları bəlli olub

Fərdi
Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - İKİNCİ HİSSƏ

Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - İKİNCİ HİSSƏ

Fərdi
London marafonunda faciəvi hadisə baş verib

London marafonunda faciəvi hadisə baş verib

Fərdi
Osman Nurməhəmmədov: "Bura isə yalnız qızıl medal üçün gəlmişdim"

Osman Nurməhəmmədov: "Bura isə yalnız qızıl medal üçün gəlmişdim"

Fərdi
Azərbaycan idmançılarının noyabr üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının noyabr üçün reytinq cədvəli bəlli olub

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabatı keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabatı keçirilib

Fərdi
Azərbaycan və Serbiya birlikdə avarçəkmə yarışı keçirə bilər

Azərbaycan və Serbiya birlikdə avarçəkmə yarışı keçirə bilər

Fərdi
Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin rəqibləri müəyyənləşib

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin rəqibləri müəyyənləşib

Fərdi
Azərbaycanın badminton məşqçiləri beynəlxalq seminarda iştirak ediblər

Azərbaycanın badminton məşqçiləri beynəlxalq seminarda iştirak ediblər