Azərbaycan Basketbol Liqası: “Neftçi” “Sumqayıt”a qalib gəlib - YENİLƏNİB
“Neftçi” Azərbaycan Basketbol Liqasının IV turunda “Sumqayıt”a qalib gəlib.
“QELEBE.AZ”un məlumatına görə, Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən görüş qonaq komandanın 90:73 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmanı izləyənlər arasında gənclər və idman naziri Fərid Qayıbov, onun müvani Mariana Vasileva, “Neftçi” futbol klubunun icraçı direktoru Fərrux Mahmudov, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev də olub.
“Sumqayıt”da ən məhsuldar basketbolçu Smit Roderik (22 xal, 9 ribaund), “Neftçi”də isə Kamran Məmmədov (21 xal, 4 asist) olub.
Qeyd edək ki, turun ilk oyununda “NTD-İndiqo” “Xəzri”ni 71:86 hesabı ilə məğlub edib. IV turun növbəti görüşləri (“Gəncə” – “Xırdalan”, “Şəki” – “Cəlilabad”, “Sabah” – “Sərhədçi”) 18 və 19 noyabr tarixlərində keçiriləcək.
Azərbaycan Basketbol Liqasında IV tura start verilib.
“QELEBE.AZ”un məlumatına görə, turun açılış matçında lider “Xəzri” Xaçmaz təmsilçisi “NTD-İndiqo”nu qəbul edib.
Qarşılaşma Bakı klubunun 71:86 (12:17, 17:30, 26:18, 16:21) hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bu gün həmçinin “Sumqayıt” – “Neftçi” görüşü baş tutacaq. Tura noyabrın 18-19-da reallaşacaq oyunlarla yekun vurulacaq.
Qeyd edək ki, keçirdiyi 4 matçda 7 xal toplayan “Xəzri” turnir cədvəlinə başçılıq edir. Hər 3 oyunu qələbə ilə başa vuran “NTD-İndiqo” 6 xalla ikinci pillədə qərarlaşıb.

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-basketbol-liqasi-neftchi-sumqayita-qalib-gelib-yenilenib.webp











