Canni De Byazi: "Belçika ilə oyunda imkanlardan yararlanmalıyıq"

Canni De Byazi: "Belçika ilə oyunda imkanlardan yararlanmalıyıq"

"Sabah əlimizə düşən imkanlardan yararlanmalıyıq".

"Report"un Brüsselə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Belçikaya qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis əvvəlki bütün qarşılaşmalarda tam güclərini qoyduqlarını bildirib: "Güclü kollektivlə oynayacağıq. İnkişaf etmişik, amma daha çox çalışmalıyıq. Biz artıq öz oyunumuzu tapmışıq. Avstriya və Belçika ilə evdəki görüşlərdə də yaxşı çıxış etmişdik. Buna baxmayaraq imkanlardan yararlana bilmədik. İsveçlə ev qarşılaşmasında isə bunu bacardıq. Sabah eyni intensivliyi davam etdirməli və imkanlarımızdan istifadə etməliyik. Birinci matçda bunu bacarmadıq. Amma evdə bu rəqibdən çəkinməmişdik".

İtaliyalı baş məşqçi müqaviləsinin başa çatmasına da toxunub: "Bu, hazırda məni maraqlandırmır. Bu barədə danışmaq istəmirəm".

De Byazi start heyəti sabah müəyyənləşdirəcəyini sözlərinə əlavə edib.

O, Qazaxıstanın Sloveniyanı məğlub etməsi durumunda AVRO-2024-də pley-off şanslarının yaranmasına da münasibət bildirib: "Biz əlimizdən gələni etməliyik. Çətin məsələdir, amma həyatda hər şey ola bilər".

Qeyd edək ki, noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.

Futbol
"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib

"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib

Futbol
Taleyi öz əlində olan “Qarabağ”: Uğursuz seriyaya son qoyulacaqmı? – ŞƏRH

Taleyi öz əlində olan “Qarabağ”: Uğursuz seriyaya son qoyulacaqmı? – ŞƏRH

Futbol
"Real Madrid"in aparıcı futbolçusu millinin düşərgəsində zədələnib

"Real Madrid"in aparıcı futbolçusu millinin düşərgəsində zədələnib

Futbol
Tanınmış futbolçu karyerasını başa vurub

Tanınmış futbolçu karyerasını başa vurub

Futbol
Mahir Məmmədov: "De Byazinin millidən getməsinin əleyhinəyəm"

Mahir Məmmədov: "De Byazinin millidən getməsinin əleyhinəyəm"

Futbol
İrfan Pelto cari mövsüm ikinci dəfə "Qarabağ"ın oyununu idarə edəcək

İrfan Pelto cari mövsüm ikinci dəfə "Qarabağ"ın oyununu idarə edəcək

Futbol
Elmar Baxşıyev: "Uduzsaq da, istədiyim komandanı, dinamikanı gördüm"

Elmar Baxşıyev: "Uduzsaq da, istədiyim komandanı, dinamikanı gördüm"

Futbol
DÇ-2022: Açılış oyununda 2-ci hissə başlayıb

DÇ-2022: Açılış oyununda 2-ci hissə başlayıb

Futbol
Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

Futbol
Azərbaycan millisi Qazaxıstanla oyunda hesabı açıb

Azərbaycan millisi Qazaxıstanla oyunda hesabı açıb

Futbol
Azərbaycan cüdoçusu: "Avropa çemionatında ilk medalımı qazandığım üçün şadam"

Azərbaycan cüdoçusu: "Avropa çemionatında ilk medalımı qazandığım üçün şadam"

Futbol
DÇ-2022: Uels - İran oyununda ilk hissə başa çatıb

DÇ-2022: Uels - İran oyununda ilk hissə başa çatıb