Azərbaycanın ikiqat Avropa çempionu: “Erməni ilə final döyüşünə psixoloji cəhətdən tam hazır idim”

Azərbaycanın ikiqat Avropa çempionu: “Erməni ilə final döyüşünə psixoloji cəhətdən tam hazır idim”

“İlk gündən özümü finalda gördüyümdən və buna inandığımdan, erməni rəqiblə döyüşə psixoloji cəhətdən tam hazır idim”.

“Report” xəbər verir ki, bunu Monteneqronun Budva şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olan Nicat Hüseynov (51 kq) finalda ermənistanlı Rudolf Qarboyanı 5:0 hesabı ilə məğlub etdiyi görüş barədə danışarkən deyib.

İkiqat qitə çempionu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında həlledici duelə rahat çıxdığını bildirib: “Püşkdən sonra yarımqruplara baxdıqda bilirdim ki, finalda erməni ilə qarşılaşacağam. Çünki o, zəif yarımqrupda yer almışdı. Bütün əziyyətimi, olanları gözümün qarşısına gətirib rinqə yalnız qələbə üçün çıxdım və qalib gələrək, Azərbaycan himnini səsləndirdim”.

19 yaşlı boksçu bildirib ki, yarışa yollanarkən yeganə hədəfi ikinci dəfə Avropa çempionluğunu qazanmaq olub: “Avropa çempionu titulumu qoruduğum üçün sevincliyəm. Fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı yenidən bacardım. Çempionatdan əvvəl ikinci dəfə Avropa çempionu olacağımı gözləyirdim. Ötən il Xorvatiyada keçirilən yarışın qalibi olmuşdum. Öz-özümə deyirdim ki, bu il də çempion olmalıyam. Hədəfim qızıl medal idi və bunu da əldə etdim”.

N.Hüseynovun sözlərinə görə, yarışda ən çətin döyüşü yarımfinala təsadüf edib: “Bütün döyüşlərimi hakimlərin yekdil qərarı – 5:0 hesablı qələbə ilə bitirdim. Yarımfinal döyüşündə türkiyəli Semih Gümüşə qarşı bir anlıq həyəcan keçirdim. Amma yekunda yenə inamlı qələbə qazandım”.

Qeyd edək ki, Azərbaycan millisi U-22-lərin Avropa çempionatında 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

Fərdi
Azərbaycan yığmasının boksçuları ölkə çempionatında yarımfinala yüksəliblər

Azərbaycan yığmasının boksçuları ölkə çempionatında yarımfinala yüksəliblər

Fərdi
Taleh Məmmədov: "Erməni güləşçiyə məğlubiyyəti həzm edə bilmərəm"

Taleh Məmmədov: "Erməni güləşçiyə məğlubiyyəti həzm edə bilmərəm"

Fərdi
Böyük Dəbilqə: Rəşad Nəbiyev qalibləri mükafatlandırıb - YENİLƏNİB-4

Böyük Dəbilqə: Rəşad Nəbiyev qalibləri mükafatlandırıb - YENİLƏNİB-4

Fərdi
Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Havada qalmışıq"

Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Havada qalmışıq"

Fərdi
Azərbaycan boksçuları beynəlxalq turnirə uğurlu start veriblər

Azərbaycan boksçuları beynəlxalq turnirə uğurlu start veriblər

Fərdi
Regionlarda ağırlıqqaldırma zalları istifafəyə verilib

Regionlarda ağırlıqqaldırma zalları istifafəyə verilib

Fərdi
Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Fərdi
Britaniyalı pilot Braziliya Qran Prisinin sprint yarışında birinci olub

Britaniyalı pilot Braziliya Qran Prisinin sprint yarışında birinci olub

Fərdi
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançıları qəbul edib

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançıları qəbul edib

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov final görüşünə çıxacaq

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov final görüşünə çıxacaq

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"nin açılış mərasimi keçirilib

"Vüqar Həşimov Memorialı-2022"nin açılış mərasimi keçirilib

Fərdi
AGF-in baş katibinə “Tərəqqi” medalı təqdim edilib

AGF-in baş katibinə “Tərəqqi” medalı təqdim edilib