"Kəpəz"ə ev oyunlarını Gəncədə keçirməyə icazə verilib

"Kəpəz"ə ev oyunlarını Gəncədə keçirməyə icazə verilib

"Kəpəz" klubuna Azərbaycan Premyer Liqasındakı ev oyunlarını Gəncədə keçirmək üçün icazə verilib.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə”nin sentyabrın 9-dakı rəyinə, “Kəpəz” Peşəkar Futbol Klubunun PFL-ə təşkilati işlərin həyata keçirilməsi və təhlükəsizliyə tam zəmanət verilməsi ilə bağlı məktubuna əsasən, təşkilati qurum tərəfindən oktyabrın 4-dək Gəncə şəhər stadionunda oyunun təşkilinə birbaşa və dolayı yolla aidiyyatı olan qurğuların hazırlanması ilə bağlı vaxt verilib.

Vaxt bitdikdən sonra PFL-in müvafiq işlərə cavabdeh olan şəxslərinin oktyabrın 5-də Gəncə şəhər stadionunda geniştərkibli təftişi həyata keçirilib.

Bu gün isə qurumun yuxarıda qeyd olunan məktub və rəylər, eləcə də son təftiş əsasında yekun iclası baş tutub.

Tribunaların 1-ci yarusunun istifadə olunması (ancaq oturacaqlı hissəsi), yerli və qonaq komandanın azarkeşlərinin ümumi sayının 3 min nəfərdən artıq olmaması şərtilə “Kəpəz” Peşəkar Futbol Klubunun ev oyunlarını Gəncə şəhər stadionunda keçirməsinə icazə verilib.

PFL-in tələbi ilə Gəncə şəhər stadionunda hər iki komandanın paltardəyişmə otaqları, hakim otağı, “sky-box”lar, tribunalar, reklam şitləri, media nümayəndələrinin çalışması üçün qurğular, eləcə də bu və digər qaydada oyunun keçirilməsi üçün lazım olanlar hazır vəziyyətə gətirilib.

Qərardan sonra Peşəkar Futbol Liqası oktyabr ayının təqviminə dəyişikliklər edib.

15 oktyabr
15:00. Kəpəz – Neftçi
Gəncə şəhər stadionu, (canlı/CBC Sport)

29 oktyabr
15:00. Kəpəz – Səbail
Gəncə şəhər stadionu, (canlı/CBC Sport)

Qeyd edək ki, "Kəpəz" "Zirə"yə qarşı I turdakı ev oyunun Bakıda "Dalğa Arena"da, növbəti görüşlərini isə Qəbələ şəhər stadionunda keçirib.

Futbol
Messi dünya çempionatındakı qələbəsini doğma şəhərinin gecə klubunda qeyd edib

Messi dünya çempionatındakı qələbəsini doğma şəhərinin gecə klubunda qeyd edib

Futbol
"İmarət" stadionunun tikilib istifadəyə veriləcəyi tarix bəlli olub

"İmarət" stadionunun tikilib istifadəyə veriləcəyi tarix bəlli olub

Futbol
Konfrans Liqası: Pley-offun daha 4 iştirakçısı müəyyənləşib

Konfrans Liqası: Pley-offun daha 4 iştirakçısı müəyyənləşib

Futbol
"Kəpəz"ə ev oyunlarını Gəncədə keçirməyə icazə verilib

"Kəpəz"ə ev oyunlarını Gəncədə keçirməyə icazə verilib

Futbol
Mahir Emreli "Dinamo"nun düşərgəsinə vaxtından tez qoşulub

Mahir Emreli "Dinamo"nun düşərgəsinə vaxtından tez qoşulub

Futbol
Rumıniya klubu "Neftçi"nin baş məşqçisindən imtina edib

Rumıniya klubu "Neftçi"nin baş məşqçisindən imtina edib

Futbol
"Qarabağ"ın rəqibi yeni müdafiəçi transfer edib

"Qarabağ"ın rəqibi yeni müdafiəçi transfer edib

Futbol
“Qəbələ”nin futbolçusu: “Qarabağ”la 11 gündə 3 oyun keçirmək çox çətindir”

“Qəbələ”nin futbolçusu: “Qarabağ”la 11 gündə 3 oyun keçirmək çox çətindir”

Futbol
“Neftçi” qış fasiləsi dönəmində ilk transferini açıqlayıb

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini açıqlayıb

Futbol
“Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlanıb

“Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlanıb

Futbol
Avropa Liqası: “Qarabağ” "Nant"la oynayacaq

Avropa Liqası: “Qarabağ” "Nant"la oynayacaq

Futbol
Azərbaycanın U-21 yığması böyük hesabla uduzub

Azərbaycanın U-21 yığması böyük hesabla uduzub