Mahir Emreli: "Yeni baş məşqçinin cəsarətli futbol oynatmasını istəyirəm"

Mahir Emreli: "Yeni baş məşqçinin cəsarətli futbol oynatmasını istəyirəm"

"Yeni gələcək baş məşqçinin cəsarətli futbol oynatmasını istəyirəm".

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.

26 yaşlı hücumçu yığmada işləyəcək mütəxəssisin yerli və ya əcnəbi olması barədə fikir bildirə bilməyəcəyini söyləyib: "Bu işə AFFA, qurumun İcraiyyə Komitəsi baxır. Onlar qərar verirlər. Mən millidə özümü əsgər kimi hiss edirəm. Yığmada canla-başla oynamaq istəyirəm. Bu komandanın formasını geyinmək hər futbolçunun arzusudur. Burada uğur qazanmaq tamam başqa bir şeydir. Burada istər-istəməz ürəkli və cəsarətli futbol oynamaq istəyirsən".

Emreli daha çox müdafiə futboluna üstünlük verməyin əleyhinə olduğunu vurğulayıb: "Onsuz da qrupda Belçika və digər top-komandalara uduzanda bir şey dəyişmir. Kimsə "Belçikaya niyə uduzdunuz" deyə irad tutmayacaq. Amma onlara qarşı meydana çıxıb 5 və ya 10 qol buraxmamaq barədə düşünmək, müdafiə xəttində onları gözləmək istəmirəm. Əslində, oturub təhlil etsək, belə görüşlər də ola bilər. Uduzsan da, matçdan həzz almalısan, mübarizə aparmalısan, top saxlamalısan, rəqibə çətinlik yaratmalısan".

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən forvard baş məşqçi Canni De Byazinin millidən ayrılmasına da toxunub: "Bu barədə nəsə deməyim düzgün olmaz. Gedənin arxasınca danışmazlar. Gördüyü bütün işlərə görə sağ olsun. Pis-yaxşı meydanda birlikdə tər tökmüşük. De Byaziyə karyerasında uğurlar arzulayıram".

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb. Yığma onun rəhbərliyi altında AVRO-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub.

Futbol
Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi bəlli olub

Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi bəlli olub

Futbol
“Qarabağ”ın oyununa görə “Gənclik” stansiyasının iş rejimi gücləndiriləcək

“Qarabağ”ın oyununa görə “Gənclik” stansiyasının iş rejimi gücləndiriləcək

Futbol
“Qarabağ” Fransada "Nant"a məğlub olub - FOTOLENT

“Qarabağ” Fransada "Nant"a məğlub olub - FOTOLENT

Futbol
"Qarabağ" dünya reytinqində geriləyib

"Qarabağ" dünya reytinqində geriləyib

Futbol
Çempionlar Liqasında qrup mərhələsinin təqvimi bəlli olub

Çempionlar Liqasında qrup mərhələsinin təqvimi bəlli olub

Futbol
Qurban Qurbanov İlham Əliyevin paylaşımına münasibət bildirib

Qurban Qurbanov İlham Əliyevin paylaşımına münasibət bildirib

Futbol
Futbol üzrə Fransa milli komandasının dünya çempionatındakı heyəti açıqlanıb

Futbol üzrə Fransa milli komandasının dünya çempionatındakı heyəti açıqlanıb

Futbol
"Çelsi" şəxsi razılıq əldə etdiyi argentinalı futbolçu üçün danışıqlara başlayıb

"Çelsi" şəxsi razılıq əldə etdiyi argentinalı futbolçu üçün danışıqlara başlayıb

Futbol
Avropa Liqası: "Qarabağ"ın qrupdakı oyunlarının təqvimi bəlli olub

Avropa Liqası: "Qarabağ"ın qrupdakı oyunlarının təqvimi bəlli olub

Futbol
"Nant" "Qarabağ"la oyun üçün Bakıya gəlib

"Nant" "Qarabağ"la oyun üçün Bakıya gəlib

Futbol
Azərbaycan millisi ardıcıl 5-ci qələbəsini qazanıb

Azərbaycan millisi ardıcıl 5-ci qələbəsini qazanıb

Futbol
Bədavi Hüseynov “Qarabağ”ın heyətində yubiley matçını keçirib

Bədavi Hüseynov “Qarabağ”ın heyətində yubiley matçını keçirib