"Xəzri"nin türkiyəli baş məşqçisi: "Bu gün yaxşı oyun sərgiləmədik"

"Xəzri"nin türkiyəli baş məşqçisi: "Bu gün yaxşı oyun sərgiləmədik"

"Bu gün çox təəsüf ki, yaxşı oyun sərgiləmədik".

"Report" xəbər verir ki, bunu "Xəzri"nin baş məşqçisi Murad Dikmen "Şəki"yə 63:52 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının V turun oyunu barədə danışarkən deyib.

Mütəxəssis təxminən 2-3 həftədir ki, istədikləri performansı göstərə bilmədiklərini bildirib: "Mövsümə yaxşı başlamışdıq, ancaq son həftələr performansımızda eniş müşahidə olunur. Komandamın 62 xal yığması qəbuledilməzdir. Ancaq rəqibi də 53 xalda saxlamaq bizim üçün çox vacib idi. Çempionatın ən məhsuldar basketbolçusu Pol Dibal mövsümdə ortalama 30 xalla çıxış edir. Lakin biz onu 15 xalda saxlamağı bacardıq. Müdafiədə istədiyimiz kimi çıxış etsək də, hücumda uğurlu olmadığımız üçün görüş bizim üçün bir az çətin keçdi. Yekunda yaxşı oynamadığımız bir gündə qalib gəlmək bizim üçün çox dəyərlidir".

Türkiyəli baş məşqçi bundan sonra yaxşı oyun sərgiləyərək qələbə qazanmaq istədiklərini söyləyib: "Turnir cədvəlinə baxdıqda 5 oyuna 4 qalibiyyətimiz var və bu da çox vacib bir haldır. Səhvlərimizdən dərs çıxarıb gələn həftə gerçəkləşəcək “Xırdalan” ilə matçın hazırlıqlarına başlayacağıq".

Komanda
Azərbaycan Basketbol Liqası: Açılış oyununda "Sabah" qələbə qazanıb

Azərbaycan Basketbol Liqası: Açılış oyununda "Sabah" qələbə qazanıb

Komanda
AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

Komanda
İtaliya voleybol yığması dördqat dünya çempionu olub

İtaliya voleybol yığması dördqat dünya çempionu olub

Komanda
"Azərreyl" Çağırış Kubokunda növbəti oyununu keçirəcək

"Azərreyl" Çağırış Kubokunda növbəti oyununu keçirəcək

Komanda
Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Azərbaycan Basketbol Liqasında 3-cü tur yekunlaşıb

Komanda
Azərbaycan millisinin baş məşqçisi: "Final mərhələsinə yüksəlməliyik"

Azərbaycan millisinin baş məşqçisi: "Final mərhələsinə yüksəlməliyik"

Komanda
Finlandiya millisinin aparıcı üzvü dünya çempionatı oyununu toya görə buraxıb

Finlandiya millisinin aparıcı üzvü dünya çempionatı oyununu toya görə buraxıb

Komanda
Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə qazanıb

Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə qazanıb

Komanda
Azərbaycan Basketbol Liqası: "Gəncə BK" vahid lider olub

Azərbaycan Basketbol Liqası: "Gəncə BK" vahid lider olub

Komanda
Azərbaycanın qadın voleybol millisi Sloveniyaya uduzub

Azərbaycanın qadın voleybol millisi Sloveniyaya uduzub