AFFA-nın 6 oyunluq cəzalandırdığı futbolçu: "Məyusam, o meydana qayıdanadək bu hisslər mənimlə olacaq"

AFFA-nın 6 oyunluq cəzalandırdığı futbolçu: "Məyusam, o meydana qayıdanadək bu hisslər mənimlə olacaq"

"Məyus olmuşam və o, meydana qayıdanadək bu hisslər hər zaman mənimlə olacaq".

Bunu "QELEBE.AZ"a açıqlamasında "Lerik"in futbolçusu Rahid Ağazadə Azərbaycan Kubokunun II təsnifat mərhələsinin oyununda "Sumqayıt"ın legioneri Kristian Velinovskini zədələməsi ilə bağlı danışarkən deyib.

Buna görə bütün turnirlərdə 6 matçlıq cəza alan 24 yaşlı müdafiəçi qarşılaşmadan sonra Şimali Makedoniyadan olan oyunçunun yanına getdiyini söyləyib: "Mən 6 matç komandama kömək edə bilməyəcəyəm. Amma ən önəmlisi Velinovskinin sağlamlığı və meydana qayıtmasıdır. Əməliyyatdan sonra da onunla görüşdüm. Şəxsi tanışlığımız yox idi. Amma həqiqətən çox yaxşı insandır. Epizoddan dərhal sonra o halda mənə ilk təsəllini özü vermişdi. "Sənlik bir şey yoxdur, Allah mənim bəxtimi belə yazıb" dedi".

Qeyd edək ki, matçda ayağı sınan Kristian Velinovski 3-4 aydan sonra məşqlərə başlaya biləcək. Qarşılaşma "Sumqayıt"ın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Futbol
“Qarabağ”ın təxirə salınmış oyununun hakim təyinatları açıqlanıb

“Qarabağ”ın təxirə salınmış oyununun hakim təyinatları açıqlanıb

Futbol
"Gent"in baş məşqçisi: "Qarabağ" çətin və güclü rəqibdir"

"Gent"in baş məşqçisi: "Qarabağ" çətin və güclü rəqibdir"

Futbol
“Sabah”ın baş məşqçisinin cəzası açıqlanıb

“Sabah”ın baş məşqçisinin cəzası açıqlanıb

Futbol
Karyerası ərzində yalnız bir klubun formasını geyinmiş dünya çempionu ölüb

Karyerası ərzində yalnız bir klubun formasını geyinmiş dünya çempionu ölüb

Futbol
Qurban Qurbanov: "Bu matçın mənim üçün faydası daha çox olacaq"

Qurban Qurbanov: "Bu matçın mənim üçün faydası daha çox olacaq"

Futbol
Şimali Makedoniya millisinə Azərbaycanla oyun üçün yeni hücumçular çağırılıb

Şimali Makedoniya millisinə Azərbaycanla oyun üçün yeni hücumçular çağırılıb

Futbol
DÇ-2022: Mərakeş - Portuqaliya matçında 2-ci hissə başlayıb

DÇ-2022: Mərakeş - Portuqaliya matçında 2-ci hissə başlayıb

Futbol
UEFA Avropa Liqası: Daha yeddi komanda növbəti mərhələyə vəsiqə qazana bilər

UEFA Avropa Liqası: Daha yeddi komanda növbəti mərhələyə vəsiqə qazana bilər

Futbol
Pelenin səhhəti yenidən pisləşib

Pelenin səhhəti yenidən pisləşib

Futbol
Millətlər Liqası: Bu gün Ukrayna millisi Şotlandiya ilə qarşılaşacaq

Millətlər Liqası: Bu gün Ukrayna millisi Şotlandiya ilə qarşılaşacaq

Futbol
Renat Dadaşov: "Azərbaycan millisi ilə Avropa çempionatına vəsiqə qazanmaq istəyirəm"

Renat Dadaşov: "Azərbaycan millisi ilə Avropa çempionatına vəsiqə qazanmaq istəyirəm"

Futbol
Braziliyalı futzalçı 3 illik fasilədən sonra Azərbaycan millisinə çağırılıb

Braziliyalı futzalçı 3 illik fasilədən sonra Azərbaycan millisinə çağırılıb