Azərbaycan kikboksçuları dünya çempionatında 20 medal qazanıblar

Azərbaycan kikboksçuları dünya çempionatında 20 medal qazanıblar

İtaliyanın Yezolo şəhərində keçirilən uşaq, yeniyetmə və gənclərin dünya çempionatında Azərbaycan kikboksçuları 20 medal qazanıb.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən “Report”a verilən məlumata görə, "Low kick" növdə Şükür Aslanlı (-42 kq), Rinat Qiyasov (-45 kq), Mahmud Hüseynov (-57 kq), Nicat Ələkbərli (-63,5 kq), Səfərəli Vəhədov (-71 kq), Gülməmməd Səfərli (+81 kq), Elton Hüseynov (+91 kq) və "Full contact"da Murad Məmmədov (-60 kq) bürünc medal qazanıblar.

"Low kick"də Rinat Qiyasov (-45 kq), Renat Qiyaslı (-51 kq), "Full contact"da Əli Cəfərli (-54 kq) və "Kick light"də Kənan Cəfərli (-57 kq) finalda uduzaraq gümüş medalla kifayətləniblər.

Azərbaycan millisi indiyə olan duruma görə 6 qızıl medal qazanıb. Yeniyetmə və gənc dünya çempionlarımız K1-də Murad Gəncəliyev (-45 kq), Rafiq Babazadə (-48 kq), "Low kick"də Sübhan Məmmədov (-45 kq), Ramal Zeynallı (-48 kq), Elvin Məmmədov (-54 kq) və "Kick light"də Nizami Əliyevdir (-32 kq).

8 oktyabr yarışın son günüdür. Komandamız daha 3 final döyüşündə qüvvəsini sınayacaq. Bunlar qızıl medal ümidlərimiz olan Amin Quliyev, Vüqar Məmmədov və Akif Quluzadədir.

Qeyd edək ki, ötən il Monteneqroda keçirilmiş yeniyetmə və gənclərin Avropa çempionatında Azərbaycan millisi 17 medal (5 qızıl, 5 gümüş və 7 bürünc) qazanmışdı.

Fərdi
Tanınmış idmançı evində ölü tapılıb

Tanınmış idmançı evində ölü tapılıb

Fərdi
Antonio Espinos: "Premyer Liqanın Bakıda yaxşı təşkil olunacağına inanırıq"

Antonio Espinos: "Premyer Liqanın Bakıda yaxşı təşkil olunacağına inanırıq"

Fərdi
Portuqaliyalı məşqçi: “Azərbaycan gimnastikasında çox gözəl inkişaf gedir”

Portuqaliyalı məşqçi: “Azərbaycan gimnastikasında çox gözəl inkişaf gedir”

Fərdi
Bakıda ağırlıqqaldırma üzrə beynəlxalq məşqçilik kursu keçirilib 

Bakıda ağırlıqqaldırma üzrə beynəlxalq məşqçilik kursu keçirilib 

Fərdi
Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb

Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb

Fərdi
Uşaqlar üçün ustad dərsi keçirilib

Uşaqlar üçün ustad dərsi keçirilib

Fərdi
ABŞ-da kişi və qadın idmançılara bərabər məvacib ödəniləcək

ABŞ-da kişi və qadın idmançılara bərabər məvacib ödəniləcək

Fərdi
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançıları qəbul edib

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançıları qəbul edib

Fərdi
Azərbaycanda eyni vaxtda 30 idman kompleksində üzgüçülük yarışı keçiriləcək

Azərbaycanda eyni vaxtda 30 idman kompleksində üzgüçülük yarışı keçiriləcək

Fərdi
Azərbaycan yığmasının baş məşqçisi Göygöl toplanışını dəyərləndirib

Azərbaycan yığmasının baş məşqçisi Göygöl toplanışını dəyərləndirib

Fərdi
Azərbaycanın taekvondo yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Azərbaycanın taekvondo yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Fərdi
Dünya yaş qrupları yarışında 4 medal qazanmış Azərbaycan gimnastları vətənə dönüblər

Dünya yaş qrupları yarışında 4 medal qazanmış Azərbaycan gimnastları vətənə dönüblər