DÇ-2024: Azərbaycanın futzal millisi elit mərhələdə növbəti oyununa çıxacaq
Bu gün futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində növbəti matçına çıxacaq.
"Report" xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu kollektiv Bakıda Rumıniya yığmasını qəbul edəcək.
Qarşılaşma saat 20:00-da başlayacaq. A qrupunun digər görüşündə Qazaxıstan Niderlandı 2:0 hesabı ilə üstələyib.
Qazaxıstan 5 oyundan sonra 15 xalla liderdir, Niderland 6 xalla ikincidir. Rumıniya və millimiz isə 3 xalla 3-4-cü pillələri bölüşdürürlər.
Qeyd edək ki, yığmamız dekabrın 20-də Niderlandın qonağı olacaq. Rumıniya isə Qazaxıstanı qəbul edəcək.

https://mail.qalaba.az//uploads/photo/dch-2024-azerbaycanin-futzal-millisi-elit-merhelede-novbeti-oyununa-chixacaq.webp











