"Qarabağ"ın legioneri: "Niyə daha bir mərhələ keçməyi xəyal etməyək?"

"Qarabağ"ın legioneri: "Niyə daha bir mərhələ keçməyi xəyal etməyək?"

"Pley-offda yaxşı matçlar oynamaq istəyirik. Niyə yenidən növbəti mərhələyə yüksəlməyi xəyal etməyək?"

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın braziliyalı futbolçusu Julio Romao ölkəsinin "Tntsports" nəşrinə açıqlamasında deyib.

25 yaşlı yarımmüdafiəçi UEFA Avropa Liqasındakı çıxışlarından məmnun qaldığını bildirib: "Biz çox güclü qrupda yer almışdıq və bunun asan olmayacağını da bilirdik. Almaniyanın məşhur "Bayer 04" komandası rəqiblərimizdən biri idi. İstəyimizə nail olmaq üçün çox iş görməliydik. Bunu bacardığımız üçün xoşbəxtik. Növbəti raunda yaxşı şəkildə hazırlaşmaq üçün qarşıdakı oyunlara diqqət yetirməliyik".

Romao pley-offda Portuqaliya təmsilçilərindən biri ilə üz-üzə gəlmək istədiyini söyləyib: "Çünki "Qarabağ"a keçməmişdən əvvəl bu ölkədə çıxış edirdim. Bu, əla olardı. İki mövsüm "Santa-Klara"da oynadım. Amma hansı komanda düşsə, hazır olmalıyıq. Çox çalışmalı və performansımızın aşağı düşəməsinə imkan verməməliyik".

Qeyd edək ki, H qrupunda 10 xalla ikinci yeri tutan “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə) və “Şaxtyor”dur (Donetsk, Ukrayna). Püşkatma mərasimi dekabrın 18-də olacaq. Bu raundun oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.

Futbol
“Qarabağ”ın futbolçusu: “Neftçi” ilə derbi əvvəlki oyunumuzu nümayiş etdirmək üçün fürsətdir”

“Qarabağ”ın futbolçusu: “Neftçi” ilə derbi əvvəlki oyunumuzu nümayiş etdirmək üçün fürsətdir”

Futbol
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni 1 qolla məğlub edib

Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni 1 qolla məğlub edib

Futbol
AVRO-2024: Azərbaycan və Türkiyə millilərinin rəqibləri müəyyənləşib

AVRO-2024: Azərbaycan və Türkiyə millilərinin rəqibləri müəyyənləşib

Futbol
Konfederasiyalar üzrə klub yarışlarının bombardirləri bəlli olub

Konfederasiyalar üzrə klub yarışlarının bombardirləri bəlli olub

Futbol
Vitali Borisov: “Dina”da oynayanda təklif etdilər ki, sənə Rusiya pasportu düzəldək”

Vitali Borisov: “Dina”da oynayanda təklif etdilər ki, sənə Rusiya pasportu düzəldək”

Futbol
"Formula 1": Sinqapur Qran Prisinin qalibi bəlli olub

"Formula 1": Sinqapur Qran Prisinin qalibi bəlli olub

Futbol
"Şamaxı" klubu daha bir futbolçusu ilə vidalaşıb

"Şamaxı" klubu daha bir futbolçusu ilə vidalaşıb

Futbol
"Qarabağ" Premyer Liqada yeni nailiyyətə imza atıb

"Qarabağ" Premyer Liqada yeni nailiyyətə imza atıb

Futbol
İbrahimoviç: “Fransanın mənə ehtiyacı var, mənə Fransa lazım deyil”

İbrahimoviç: “Fransanın mənə ehtiyacı var, mənə Fransa lazım deyil”

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" ili qələbə ilə başa vurub

Azərbaycan Premyer Liqası: "Neftçi" ili qələbə ilə başa vurub

Futbol
Qurban Qurbanov: "Bundesliqanın hazırkı lideri ilə oyunda istəyimiz böyükdür" 

Qurban Qurbanov: "Bundesliqanın hazırkı lideri ilə oyunda istəyimiz böyükdür" 

Futbol
Qazaxıstan millisinin futbolçusu faciəvi şəkildə ölüb

Qazaxıstan millisinin futbolçusu faciəvi şəkildə ölüb