"Qarabağ"ın 102 yaşlı rəqibi: Portuqaliya çempionu ola bilməyən "Braqa"

"Qarabağ"ın 102 yaşlı rəqibi: Portuqaliya çempionu ola bilməyən "Braqa"

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi Portuqaliyanın "Braqa" klubu 1921-ci il yanvarın 19-da yaranıb.

"QELEBE.AZ" xəbər verir ki, portuqaliyalılar bir ay sonra 102 illiyini qeyd edəcəklər.

Komanda ev oyunlarını 30360 azarkeş tutumuna malik "Estadio Municipal de Braga"da keçirir.

Portuqaliya təmsilçisinin rəngləri qırmızı və ağdır. Hazırkı prezident Antonio Salvado, baş məşqçi isə Artur Jorjedir.

Klubun loqosunda Müqəddəs Məryəm və qucağında İsa peyğəmbər, həmçinin böyük qızılı Braqa tacı əks olunub.

1963-cü ildə elitaya qoşulan "Braqa"nın çempionatdakı ən böyük uğuru 2009/2010 mövsümünə təsadüf edib. Komanda həmin vaxt 71 xalla ikinci olub və gümüş medallara sahib çıxıb. Lider "Benfika" isə 76 xalla çempionluğu rəsmiləşdirib. Bundan sonra "Braqa" təsnifat mərhələlərində Şotlandiyanın "Seltik", İspaniyanın "Sevilya" klublarını mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrupunda iştirak hüququna sahib çıxıb. 2010-cu ildən gənc istedadları aşkarlamaq və inkişaf etdirmək klubun qarşısına qoyduğu əsas məqsədlərdən biridir. "Braqa" 2012/2013 və cari mövsüm qitənin bir nömrəli turnirinə qatıla bilib. İspaniyanın "Real", İtaliyanın "Napoli" və Almaniyanın "Union" komandaları ilə mübarizə aparan "qırmızı-ağlar" 4 xalla üçüncü olub və yoluna Avropa Liqasında davam edəcək.

Komanda 3 dəfə Portuqaliya Kubokunun (1965/66, 2015/16, 2020/21) və 2 dəfə Liqa Kubokunun (2012/13, 2019/20) qalibi olub. 2008-ci ildə UEFA İntertoto Kubokunu qazanan "Braqa" UEFA Kubokuna vəsiqə əldə edib. Klub İntertoto Kubokunun qalibi olmuş yeganə Portuqaliya təmsilçisidir.

Portuqaliya təmsilçisinin heyətindəki oyunçuların ümumi dəyəri "transfermarkt" portalında 126,20 milyon avro göstərilib. Komandada Braziliya, İspaniya, Mali, Türkiyə, Liviya, Qvineya Bissau, Uruqvay, İsveç, Konqo, Kolumbiya, Seneqal və Çexiyadan olan legionerlər var.

Portuqaliya millisinin üzvü, kapitan Rikardu Orta (20 milyon avro) ən bahalı oyunçudur. Hazırda ölkə çempionatında 29 xalla 4-cü olan "qırmızı-ağlar"ın cari mövsüm ən məhsuldar futbolçusu Simon Banzadır. 27 yaşlı Konqo əsilli fransalı forvard 14 görüşdə 13 qolla yadda qalıb.

Qeyd edək ki, "Qarabağ" bu rəqibə qarşı pley-offdakı ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

Futbol
Qardaşı Pol Poqbanı oğurlayaraq 13 milyon avro tələb edib

Qardaşı Pol Poqbanı oğurlayaraq 13 milyon avro tələb edib

Futbol
Karyerasını bitirdiyini açıqlayan Pike yenidən “Barselona”nın iştirak ərizəsinə salınıb

Karyerasını bitirdiyini açıqlayan Pike yenidən “Barselona”nın iştirak ərizəsinə salınıb

Futbol
UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

Futbol
Ronaldu ABŞ klubundan imtina edib

Ronaldu ABŞ klubundan imtina edib

Futbol
"Nant" "Qarabağ"la oyun üçün Bakıya gəlib

"Nant" "Qarabağ"la oyun üçün Bakıya gəlib

Futbol
"Kəpəz" komandasının baş məşqçisi istefaya göndərilib

"Kəpəz" komandasının baş məşqçisi istefaya göndərilib

Futbol
“Sabah” rekordçusu ilə müqaviləni yeniləyib

“Sabah” rekordçusu ilə müqaviləni yeniləyib

Futbol
“Şamaxı” Qazaxıstan təmsilçisi ilə heç-heçə edib

“Şamaxı” Qazaxıstan təmsilçisi ilə heç-heçə edib

Futbol
Qətərin DÇ-2022 üçün xərclədiyi məbləğ açıqlanıb

Qətərin DÇ-2022 üçün xərclədiyi məbləğ açıqlanıb

Futbol
Millətlər Liqası: Macarıstan Almaniyanı, İtaliya İngiltərəni məğlub edib

Millətlər Liqası: Macarıstan Almaniyanı, İtaliya İngiltərəni məğlub edib

Futbol
“Kəpəz”in nigeriyalı futbolçusu: “Qələbə qazanmaqdan başqa yolumuz yoxdur”

“Kəpəz”in nigeriyalı futbolçusu: “Qələbə qazanmaqdan başqa yolumuz yoxdur”

Futbol
Azərbaycan Premyer Liqası: "Sabah" "Turan Tovuz"a qalib gəlib

Azərbaycan Premyer Liqası: "Sabah" "Turan Tovuz"a qalib gəlib