Baş katib: “Azərbaycanda taekvondonun gələcəyini parlaq görürük” - MÜSAHİBƏ

Baş katib: “Azərbaycanda taekvondonun gələcəyini parlaq görürük” - MÜSAHİBƏ

Azərbaycan taekvondosu təqvim ilinə dekabrın 28-də başa çatan Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ölkə çempionatı ilə yekun vurub.

2023-cü il bu idman növü üçün dünya çempionatının Bakıda təşkil olunması və Qaşım Maqomedovun (58 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanması ilə əlamətdar olub.

Azərbaycan Taekvondo Federasiyasının baş katibi Rüstəm Bağırlı “QELEBE.AZ”a müsahibəsində həm geridə qalmaqda olan ili dəyərləndirib, həm də olimpiada ilə bağlı hədəflərdən söz açıb.

- Taekvondo üzrə Azərbaycan çempionatının səviyyəsi ürəyinizcə oldu?

- Çempionat çox yüksək səviyyədə keçdi. Bütün etik normalar həm tamaşaçılar, həm də iştirakçılar tərəfindən qorundu. Dinamik yarış alındı. Kifayət qədər tamaşaçı kütləsi var idi. Beynəlxalq qaydalarda da yeniliklər edilmişdi. Eyni zamanda, Azərbaycan taekvondosunda ilk dəfə yeni sistem tətbiq olundu, rəqəmsal sistemə keçdik.

- Bu çempionatda iştirak edən gənclər Azərbaycan millisinə gələcəkdə potensial namizədlər sayılırlar. Onların performansına əsasən taekvondomuzun gələcəyini necə görürsünüz?

- Çempionatda iştirak edən gənclər diqqətdə saxlanılırlar. Davamlılıq və taktiki baxımdan yüksək performans göstərənləri məşqçilərimiz qeydiyyata alırlar. Onlar avtomatik bizim maraq dairəmizdə olurlar. Həmin gəncləri növbəti mərhələlərdə milliyə, ölkə daxilində və xaricində baş tutacaq təlim-məşq toplanışlarına cəlb etməyə çalışacağıq. Çünki idmançı üçün bir yerdə vuruşmaqdan çox psixoloji cəhətdən inkişaf etmək də çox vacibdir. Fərqli yerlərdə yarışmalı, fərqli millətin nümayəndələri ilə birgə təlim-məşq toplanışlarında iştirak etməlidir. Belə olanda sabah beynəlxalq turnirlərdə iştirak edəndə heç bir qorxu olmayacaq. Məqsəd potensiallı idmançıları milliyə cəlb etmək və yetişdirməkdir. Azərbaycanda taekvondonun gələcəyini parlaq görürük. Çünki qısa müddətdə innovativ dəyişikliklər baş verib. Növbəti illərdə də yeniliklər tətbiq olunacaq.

- 2023-cü ili Azərbaycan taekvondosu üçün necə qiymətləndirmək olar?

- 2023-cü ili Azərbaycan taekvondosu üçün tramplin kimi qiymətləndirmək olar. İdmançılarımız xeyli sayda yerli və beynəlxalq yarışlara, təlim-məşqlərə cəlb olunublar. Hətta ölkə xaricindəki hazırlıqlar həftələrlə davam edib. Bir şəhərdə yox, bir neçə regionda olublar. Hətta müxtəlif universitetlərin idman klublarında da məşq keçiblər. Texnoloji baxımından da yeniliklər oldu. Başqa yeniliklər olduqca yenə tətbiq edəcəyik. Bu il Koreya səfiri kuboku yüksək səviyyədə təşkil olundu. Son yarışımız isə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan birincilikləri və çempionatı oldu. Yarışın açılış mərasimi çox yaxşı təşkil edilmişdi. Taekvondoya maraq ildən-ilə artır. Bu il bunu fərqli formada gördük. Zaldakı insanların, idmana maraq göstərənlərin sayından, dinamikadan bunlar bəlli olur. Növbəti illərdə də artan qrafiklə gedəcək.

- Bu il Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı. Ondan olimpiadada nə gözləyirsiniz?

- Taktiki və fiziki baxımdan çox yaxşı hazırlanmış idmançıdır. Qaşım federasiyanın, məşqçilərin ümidlərini tam doğrultdu. Biz ondan olimpiadada da yüksək nəticə gözləyirik. Buna şübhəmiz də yoxdur. Lisenziya qazanana qədər çox güclü idmançılarla qarşılaşıb. Qaşım İrandan, Çindən, Koreyadan olan güclü, tanınmış taekvondoçuları məğlub edib. Çinli idmançı Azərbaycanda Qaşıma qalib gəlmişdi. Təmsilçimiz də onu Çində məğlub etdi. Koreyalı və iranlı taekvondoçular isə dünya çempionlarıdır. Bu cür rəqibləri üstələmək üçün fiziki və taktiki cəhətdən yüksək dərəcədə hazırlıqlı olmalısan.

- Parisə 4 taekvondoçu ilə yollanmaq perspektivini necə görürsünüz?

- 2024-cü ildə daha 3 taekvondoçumuzun olimpiadaya lisenziya qazanmağı hədəflənir. Onlar lisenziya qazanana qədər yerli turnirə və beynəlxalq təlim-məşq toplanışına cəlb ediləcəklər. İnanırıq ki, lisenziya qazana biləcəklər.

Fərdi
Azərbaycan millisinin cüdoçusu dünya çempionatında iştirak etməyəcək

Azərbaycan millisinin cüdoçusu dünya çempionatında iştirak etməyəcək

Fərdi
Azərbaycanlı dünya çempionu: "Uşaqlıq arzum idi"

Azərbaycanlı dünya çempionu: "Uşaqlıq arzum idi"

Fərdi
Eldəniz Əzizli: “Bakıda keçirilən yarış ikiqat məsuliyyətli olur”

Eldəniz Əzizli: “Bakıda keçirilən yarış ikiqat məsuliyyətli olur”

Fərdi
Bakıda keçiriləcək para-cüdo üzrə Dünya Çempionatının püşkü atılıb

Bakıda keçiriləcək para-cüdo üzrə Dünya Çempionatının püşkü atılıb

Fərdi
Azərbaycanın idman gimnastı Rusiyada qızıl medal qazanıb

Azərbaycanın idman gimnastı Rusiyada qızıl medal qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin daha iki iştirakçısı bəlli olub

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin daha iki iştirakçısı bəlli olub

Fərdi
Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Fərdi
Tarixin ən yaxşı şahmatçıları bəlli olub

Tarixin ən yaxşı şahmatçıları bəlli olub

Fərdi
Azərbaycanın daha iki karateçisi Bakıda keçirilən Premyer Liqanın finalına çıxıb

Azərbaycanın daha iki karateçisi Bakıda keçirilən Premyer Liqanın finalına çıxıb

Fərdi
Sadio Mane dünya çempionatında oynamayacaq

Sadio Mane dünya çempionatında oynamayacaq

Fərdi
Şamaxıda badminton üzrə layihə həyata keçirilib

Şamaxıda badminton üzrə layihə həyata keçirilib