Tərlan Əhmədov: “Baş verənlərdən sığortalanmamışıq”

Tərlan Əhmədov: “Baş verənlərdən sığortalanmamışıq”

“Hər halda böyükhesablı məğlubiyyət, ümumiyyətlə, məğlubiyyət xoş deyil. Futbolda baş verə biləcəklərdən sığortalanmamışıq”.

“QELEBE.AZ” xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 9-cu turunun “Sabah”la oyununda sonra deyib.

Mütəxəssis 0:5 hesablı məğlubiyyətin qəbuledilməz olduğunu bildirib: “Komanda oyuna pis başlamadı. Rəqibin səviyyəsi və bizim komandanın da tam oyun fəlsəfəsinə uyğunlaşmaması matçın gedişatında planların pozulması ilə nəticələndi. Giorgi Kantariyanın meydanda olmaması orta xəttdə bizim üçün böyük problem yaratdı. Komandanın 3 oyun yaxşı oynayıb, 1 oyun zəif oynaması təsadüf deyil. Görüləcək işimiz var. Futbolçular bu gün həddindən artıq əziyyət çəkdilər, güc sərf etdilər. Buna baxmayaraq, fərdi səhvlərdən buraxdığımız qollar komandanı məğlubiyyətə apardı”.

Baş məşqçi məğlubiyyətdə özünün günahkar olduğunu bildirib: “Düşünürəm ki, bu məğlubiyyətin səbəbkarı mənəm. Futbolçunun burada günahı yoxdur. Həyat davam edir, qarşıda hələ oyunlarımız var. Bu oyunu analiz edib buraxdığımız səhvləri minimuma endirməliyik. Qarşıda "Neftçi" ilə görüşümüz var. Komanda toparlanmalıdır. Yenə deyirəm, məğlubiyyət xoş deyil. Görəcəyimiz iş həddindən artıq çoxdur".

Futbol
Serbiyalı baş məşqçi "Krasnodar"la müqavilə imzalayacaq

Serbiyalı baş məşqçi "Krasnodar"la müqavilə imzalayacaq

Futbol
"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

Futbol
DÇ-2022: İspaniya Almaniya qarşılaşması heç-heçə bitib

DÇ-2022: İspaniya Almaniya qarşılaşması heç-heçə bitib

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Hələ heç nə itirilməyib"

"Qəbələ"nin baş məşqçisi: "Hələ heç nə itirilməyib"

Futbol
Aftandil Hacıyev: "Qarabağ" və "Neftçi" qələbə üçün sonadək döyüşəcək"

Aftandil Hacıyev: "Qarabağ" və "Neftçi" qələbə üçün sonadək döyüşəcək"

Futbol
"Kəpəz" braziliyalı futbolçunu transfer edib

"Kəpəz" braziliyalı futbolçunu transfer edib

Futbol
Çempionlar Liqasında qrupdan çıxan Belçika çempionu baş məşqçisini istefaya göndərib

Çempionlar Liqasında qrupdan çıxan Belçika çempionu baş məşqçisini istefaya göndərib

Futbol
“Mançester Yunayted” millinin sabiq qapıçısını heyətinə qatıb

“Mançester Yunayted” millinin sabiq qapıçısını heyətinə qatıb

Futbol
DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edərək üçüncü yeri tutub

DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edərək üçüncü yeri tutub

Futbol
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb

"Turan Tovuz"un legioneri milliyə dəvət alıb

Futbol
Emin Mahmudov: "Qazaxıstan və Slovakiya ilə oyunlara qələbə üçün çıxacağıq"

Emin Mahmudov: "Qazaxıstan və Slovakiya ilə oyunlara qələbə üçün çıxacağıq"

Futbol
"Neftçi" "Səbail"ə qalib gələrək liderliyə yüksəlib

"Neftçi" "Səbail"ə qalib gələrək liderliyə yüksəlib