“Neftçi İdman Klubu” 2023-cü ili yüksək nəticələrlə başa vurur

“Neftçi İdman Klubu” 2023-cü ili yüksək nəticələrlə başa vurur

“Neftçi” İdman Klubu bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinin həyata keçirilməsində daim yaxından iştirak edir və 2023-cü ildə də öz işini uğurla davam etdirib.

"Report" xəbər verir ki, yola saldığımız ildə “Neftçi” İdman Klubunun istifadəsində olan dörd idman qurğusunda: Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksi, Qaradağ Təlim-İdman Bazası, Məşəl İdman Kompleksi və Sumqayıt Təlim-İdman Zalında idmanın 26 növü üzrə bölmələrdə 105 peşəkar məşqçi-müəllimin rəhbərliyi ilə 2000-dən çox yeniyetmə və gənc, eləcə də yüzlərlə neftçi idmanla məşğul olub.

2023-cü ildə “Neftçi” İdman Klubu tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol, qadınlar və kişilər arasında voleybol, səmti müəyyənetmə, üzgüçülük, stolüstü tennis turnirləri təşkil olunub. Bundan əlavə, 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş dama, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş «Atam, anam və mən» turizm, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş şahmat üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri keçirilib ki, bu yarışlarda yüzlərlə neftçi iştirak edib.

2023-cü il ərzində klubun təmsilçiləri yeniyetmə və gənclər, eləcə də böyüklər arasında Avropa, dünya çempionatlarında, həmçinin digər nüfuzlu beynəlxalq turnirlərdə, respublika və paytaxt miqyaslı yarışlarda, digər idman klubları və mərkəzlərinin açıq birinciliklərində yüksək nəticələr əldə ediblər. Ümumilikdə bu yarışlarda 997 medala sahib olan idmançılarımızın 347-si qızıl, 277-si gümüş, 373-ü isə bürünc medala layiq görülüb.

2023-cü ildə ən böyük uğura klubun güləşçiləri və cüdoçuları imza atıblar, dünya və Avropa çempionatlarında böyük əzmkarlıq göstərərək tarixi nailiyyətlər qazanıblar.

“Neftçi” İdman Klubunun üzvləri, həmçinin boks, muay-tay, karate, güllə atıcılığı, şahmat, ağırlıqqaldırma yarışlarında yüksək nəticələrə imza atıblar. İl ərzində paralimpiyaçılarımız da üzgüçülük, cüdo, para güllə atıcılığı, parataekvondo yarışlarında uğurla çıxış ediblər.

Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən 2023-cü ilin idman yekunlarına həsr olunmuş "İlin idman yekunları" adlı tədbirdə klubun idmançıları müxtəlif nominasiyalar üzrə ilin qalibləri elan ediliblər.

Futbol
"Feyenoord"un müdafiəçisi Azərbaycan millisi ilə oyunu buraxacaq

"Feyenoord"un müdafiəçisi Azərbaycan millisi ilə oyunu buraxacaq

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Futbol
"Neftçi"nin zədəli futbolçusunun durumuna aydınlıq gəlib

"Neftçi"nin zədəli futbolçusunun durumuna aydınlıq gəlib

Futbol
Konfrans Liqasının oyunu halı pisləşən azarkeşə görə dayandırılıb

Konfrans Liqasının oyunu halı pisləşən azarkeşə görə dayandırılıb

Futbol
Pele dəfn olunub

Pele dəfn olunub

Futbol
DÇ-2022-də ən çox futbolçu ilə təmsil olunan klublar bəlli olub

DÇ-2022-də ən çox futbolçu ilə təmsil olunan klublar bəlli olub

Futbol
Marko Veşoviç: “Səbail” Azərbaycan çempionatının ən zəif komandasıdır”

Marko Veşoviç: “Səbail” Azərbaycan çempionatının ən zəif komandasıdır”

Futbol
Azərbaycan Kuboku: Yarımfinalın növbəti iştirakçısı bəlli olub

Azərbaycan Kuboku: Yarımfinalın növbəti iştirakçısı bəlli olub

Futbol
Əfsanəvi futbolçu "Qarabağ"ın oyununu izləmək üçün Bakıya gəlib

Əfsanəvi futbolçu "Qarabağ"ın oyununu izləmək üçün Bakıya gəlib

Futbol
KİV: "Liverpul" satışa çıxarılıb"

KİV: "Liverpul" satışa çıxarılıb"

Futbol
Qurban Qurbanov: "Nant" keyfiyyətli komandadır"

Qurban Qurbanov: "Nant" keyfiyyətli komandadır"

Futbol
Premyer Liqa: "Neftçi" "Səbail"ə qalib gəlib

Premyer Liqa: "Neftçi" "Səbail"ə qalib gəlib