Nazir: “Üzgüçülük növünün uğurlu nəticələrini görəcəyimizə inanıram”
“Üzgüçülük növünün uğurlu nəticələrini görəcəyimizə inanıram”.
“QELEBE.AZ”un məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda yeni istifadəyə verilən üzgüçülük hovuzunun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, qurğu müasir standartlara uyğun tikilib: “Uzun müddətdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) hovuz yenidən istifadəyə verildi. Valideynləri övladlarını bu hovuza gətirməyə dəvət edirəm. Bizə çox da tanış olmayan idman növündə uşaqların ilk addımlarını, çıxışlarını izlədik. Bu yeniyetmələrin növbəti illərdə beynəlxalq yarışlarda medallar qazanacaqlarına inanıram”.
Fərid Qayıbov əlavə edib ki, 2024-cü ildə Bakı kəndlərində bir neçə idman zalının açılışı planlaşdırılır.

https://mail.qalaba.az//uploads/photo/nazir-uzguchuluk-novunun-ugurlu-neticelerini-goreceyimize-inaniram.webp











