"Qarabağ"ın dünya reytinqindəki mövqeyi dəyişməz qalıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
"QELEBE.AZ" IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 305 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.
Aktivində 130,5 xal olan "köhlən atlar"ın mövqeyi dəyişməz qalıb. Ölkə çempionu 91-ci pillədə qərarlaşıb.
İlk "3-lük"də 308 xalla "Palmeyras", 301 xalla "Flamenqo" (hər ikisi Braziliya) və 280 xalla "Liverpul" (İngiltərə) qərarlaşıb.

https://mail.qalaba.az//uploads/photo/qarabagin-dunya-reytinqindeki-movqeyi-deyishmez-qalib.webp











