Azərbaycanda qış “transfer pəncərəsi” açılıb
Azərbaycanda qış “transfer pəncərəsi” açılıb.
“Report”un məlumatına görə, klublar heyətlərinə cəlb etdikləri futbolçuları bu gündən etibarən qeydiyyatdan keçirə biləcəklər.
Qış “transfer pəncərəsi” fevralın 8-də, saat 23:59-da bağlanacaq. Komandaların yeni oyunçular almaq üçün 29 gün vaxtları olacaq.
Qeyd edək ki, 2023/2024 mövsümünün yay “transfer pəncərəsi” 2023-cü ilin 15 iyun - 5 sentyabr aralığında olub.

https://mail.qalaba.az//uploads/photo/azerbaycanda-qish-transfer-penceresi-achilib.webp











