Azərbaycan millisinin məşqçisi: “TFF-nin qərarı futbolumuza mənfi təsir göstərə bilər”

Azərbaycan millisinin məşqçisi: “TFF-nin qərarı futbolumuza mənfi təsir göstərə bilər”

“Türkiyə Futbol Federasiyasının qərarı Azərbaycan futboluna mənfi təsir göstərə bilər”.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov Türkiyə Futbol Federasiyasının (TFF) türkdilli ölkələrin bir futbolçusunun Superliqa klublarında yerli statusda çıxış etməsi ilə bağlı qərarını dəyişməsinə münasibət bildirərkən deyib.

53 yaşlı mütəxəssisin fikrincə, türkdilli ölkələrin oyunçularının 2024/2025 mövsümündən etibarən Superliqa komandalarına transfer olunacaqları təqdirdə legioner sayılmaları azərbaycanlı futbolçuların keçidinə mane ola bilər: “Qardaş ölkədə tətbiq edilən əvvəlki limit futbolçularımıza marağın artmasına səbəb olmuşdu. İki futbolçumuz Superliqada oynamağa başlamışdı, bunun davamı gələ bilərdi. Ancaq indi yanaşma fərqli olacaq. Türkiyə klubları adətən böyük futbol ölkələrinin adlı-sanlı futbolçularına meyil edirlər. Maliyyə durumları da yaxşı olduğundan, top-oyunçular almaq istəyirlər”.

Arif Əsədov mövsümün əvvəlində Superliqa komandalarına keçən Azərbaycan millisinin üzvləri Şahruddin Məhəmmədəliyev (“Adana Dəmirspor”) və Renat Dadaşovun (“Hatayspor”) uğurlu performans sərgilədiklərini vurğulayıb: “Şahruddin və Renat özünü yaxşı tərəfdən göstərə bilirdi. Məncə, onlar klublarında ümidləri doğruldurdular. Bu da digər oyunçularımıza marağın artmasına yol açacaqdı. Amma qərarın dəyişməsi bu plana təsirsiz ötüşməyəcək”.

Yığmanın məşqçisi azərbaycanlı futbolçuların TFF I Liqa komandalarına keçmələrinə də münasibət bildirib: “I Liqada oyunçularımız çoxluq təşkil edir. Bunun müsbət təsiri mütləq olacaq. Əlbəttə, Superliqa ilə I Liqa arasında səviyyə fərqi var. Ancaq Türkiyə I Liqasını da bizim Premyer Liqadan üstün saymaq olar”.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının qərarına əsasən, bundan sonra Superliqa klubları türkdilli ölkələrin oyunçularını əcnəbi kimi heyətə qata biləcəklər. Həmçinin müqavilə müddəti bitən futbolçu da yeni sözləşməyə legioner kimi imza atmalı olacaq. Renat Dadaşov “Hatayspor”da mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. Şahruddin Məhəmmədəliyevin “Adana Dəmirspor”la müqavilə müddəti isə 2025-ci ilin yayına qədərdir.

Futbol
Cənubi Afrika Respublikası daha bir dünya çempionatına ev sahibliyi edə bilər

Cənubi Afrika Respublikası daha bir dünya çempionatına ev sahibliyi edə bilər

Futbol
"Qəbələ"nin legioneri: "Çempionatda yuxarı pillələrə yüksəlməyi hədəfləyirik"

"Qəbələ"nin legioneri: "Çempionatda yuxarı pillələrə yüksəlməyi hədəfləyirik"

Futbol
"Turan Tovuz" nigeriyalı futbolçu ilə müqavilə imzalayıb

"Turan Tovuz" nigeriyalı futbolçu ilə müqavilə imzalayıb

Futbol
"Liverpul"un sabiq futbolçusu 8 il müddətinə azadlıqdan məhrum edilib

"Liverpul"un sabiq futbolçusu 8 il müddətinə azadlıqdan məhrum edilib

Futbol
Ukraynalı baş məşqçi "Sumqayıt"la danışıqlar apardığını təsdiqləyib

Ukraynalı baş məşqçi "Sumqayıt"la danışıqlar apardığını təsdiqləyib

Futbol
“Neftçi”nin baş məşqçisi ilə anlaşan prezident istefa verəcək

“Neftçi”nin baş məşqçisi ilə anlaşan prezident istefa verəcək

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"a afərin!"

"Nant"ın baş məşqçisi: "Qarabağ"a afərin!"

Futbol
İspaniyalı futbolçu: "Qarabağ"la oyunda qələbəyə layiq idik"

İspaniyalı futbolçu: "Qarabağ"la oyunda qələbəyə layiq idik"

Futbol
La Liqa: "Real Madrid" "Xetafe"ni məğlub edib

La Liqa: "Real Madrid" "Xetafe"ni məğlub edib

Futbol
Son dünya çempionu qələbə ilə başlayıb

Son dünya çempionu qələbə ilə başlayıb

Futbol
Riçard Almeyda: “Mənəvi əzablar çəkirdim, gecələr ağlayırdım”

Riçard Almeyda: “Mənəvi əzablar çəkirdim, gecələr ağlayırdım”

Futbol
"Sabah" Futbol Akademiyasında yeni təyinat olub

"Sabah" Futbol Akademiyasında yeni təyinat olub