Azərbaycan Basketbol Liqası: "Xırdalan" sürpriz və əzmkar qələbə qazanıb
Azərbaycan Basketbol Liqasında 12-ci turun daha bir oyunu baş tutub.
"Report" xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində çempionatın favoriti "Sabah" pley-off zonasında qərarlaşan "Xırdalan" ilə qarşılaşıb.
Əlavə vaxta gedən gərgin matçın yekununda "Xırdalan" 107:103 hesabı ilə sürpriz və əzmkar qələbə qazanıb.
Bu nəticədən sonra "Sabah" 22 xalla turnir cədvəlinə başçılıq edir. Hesabında 19 xal olan "Xırdalan" dördüncü pillədə qərarlaşıb.

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-basketbol-liqasi-xirdalan-surpriz-ve-ezmkar-qelebe-qazanib.webp











