Azərbaycanın futbol məşqçisi 4 ölkədən təklif alıb

Azərbaycanın futbol məşqçisi 4 ölkədən təklif alıb

Azərbaycanın futbol məşqçisi Etibar İbrahimov 4 ölkədən təklif alıb.

Bu barədə “Report”a açıqlamasında mütəxəssis özü məlumat verib.

O bildirib ki, üç ölkənin yüksək liqa, bir ölkənin isə akademiyası ilə danışıq aparır: “İlkin görüşlər olub, hazırda rəsmi təklif gözləyirəm. Konkret üç ölkənin yüksək liqa klubu məni baş məşqçi postunda görmək istəyir. Rəsmi heç nə olmadığı üçün adlarını çəkməyim düzgün deyil. Onu deyə bilərəm ki, Avropa ölkələri deyil. Almaniyanın “Ayntraxt” klubunda yenidən fəaliyyət göstərmək variantı da yaranıb. Frankfurt təmsilçisi futbolçusu Makoto Hasebe ilə birlikdə Yaponiyada akademiya açıb. Açığı, həm aşağı yaş qrupu, həm də uzaq olduğundan, “Ayntraxt” variantına o qədər də müsbət yanaşmıram”.

Məşqçi ölkə xaricindən təkliflər almasına baxmayaraq, Azərbaycanda qalmaq arzusunda olduğunu da gizlətməyib: “Ailəmə görə Azərbaycanda qalmaq istəyirəm. Çünki övladlarım balacadırlar. Ötən ilin dekabrına qədər bir təklif olmuşdu. Sadəcə, şərtlər məni qane etmədi. Hazırda isə buradan təklif yoxdur. Azərbaycanda variant çıxmasa, yəqin ki, ölkə xaricindən aldığım təkliflərdən birini qəbul edəcəyəm”.

Qeyd edək ki, 2022-ci ilin aprelində “Ayntraxt”ın Çindəki akademiyası ilə anlaşan Etibar İbrahimov cari mövsümün əvvəlində “Kəpəz”ə köməkçi-məşqçi təyin olunub. Lakin baş məşqçi Azər Məmmədovun istefasından sonra o da Gəncə klubundan ayrılıb.

Futbol
"Bavariya" Çempionlar Liqasında rekord qırıb

"Bavariya" Çempionlar Liqasında rekord qırıb

Futbol
DÇ-2022: 1/8 finalın növbəti iştirakçısı bəlli olub

DÇ-2022: 1/8 finalın növbəti iştirakçısı bəlli olub

Futbol
AVRO-2024: Azərbaycan millisi 4-cü səbətdə yer alacaq

AVRO-2024: Azərbaycan millisi 4-cü səbətdə yer alacaq

Futbol
Ronaldu 225 milyon dollarlıq daha bir transfer təklifi alıb

Ronaldu 225 milyon dollarlıq daha bir transfer təklifi alıb

Futbol
Rəşad Sadıqov: "Vacib 3 xal qazandıq"

Rəşad Sadıqov: "Vacib 3 xal qazandıq"

Futbol
"Olimpiakos" əzmkar qələbə ilə 2-ci pilləyə yüksəlib

"Olimpiakos" əzmkar qələbə ilə 2-ci pilləyə yüksəlib

Futbol
La Liqa: “Villarreal” “Valensiya”nı məğlub edib

La Liqa: “Villarreal” “Valensiya”nı məğlub edib

Futbol
Kərim Benzema “Qızıl top” mükafatını qazanıb - VİDEO

Kərim Benzema “Qızıl top” mükafatını qazanıb - VİDEO

Futbol
AFFA-nın yubileyinə həsr edilmiş yoldaşlıq oyunu keçiriləcək

AFFA-nın yubileyinə həsr edilmiş yoldaşlıq oyunu keçiriləcək

Futbol
FİFA əsas vaxta əlavə edilmiş dəqiqələrin çox olmasına aydınlıq gətirib

FİFA əsas vaxta əlavə edilmiş dəqiqələrin çox olmasına aydınlıq gətirib

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

Futbol
İsgəndər Cavadov: "Millimizin seçmə mərhələdə heç bir şansı yoxdur"

İsgəndər Cavadov: "Millimizin seçmə mərhələdə heç bir şansı yoxdur"