Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi ilə əlaqədar I Baş Assambleya öz işinə başlayıb

Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi ilə əlaqədar I Baş Assambleya öz işinə başlayıb

Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi ilə əlaqədar I Baş Assambleya öz işinə başlayıb.

"Report"un məlumatına görə, Binə Atçılıq Mərkəzində baş tutan tədbirdə bütün qitələri əhatə edən 19 ölkədən 29 nümayəndə iştirak edib.

İlk olaraq açılış mərasimi təşkil olunub. Mərasimdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, gənclər və idman naziri Fərid Qayıbov, onun müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və xarici ölkələrdən təşrif buyuran qonaqlar suvarilərin Qarabağ atları ilə milli rəqs kompozisiyasında şoularını izləyiblər.

Ardından Beynəlxalq Çövkən Federasiyasının Baş Assambleyasına start verilib. Tədbirdə çıxış edən Elçin Quliyev qonaqları salamlayıb: "Çövkənin Azərbaycanda yaranması bir çox mənbələrdə əksini tapıb. Çövkən XII əsrdən başlayaraq yaradılan bir çox atüstü oyunların təkmilləşdirilmiş formasıdır. Beynəlxalq Çövkən Federasiyasının hazırkı təsis iclası böyük önəm kəsb edir. Əsas məqsədimiz çövkəni inkişaf etdirməkdir. Əminəm ki, faydalı əməkdaşlığımız sayəsində Beynəlxalq Çövkən Federasiyasının fəaliyyətini ən yüksək səviyyəyə çatdıracağıq".

Baş Assambleyada fəxri qonaq qismində çıxış edən Çingiz Hüseynzadə Azərbaycan üçün tarixi an yaşandığını bildirib: "Bu cür təşəbbüs təqdirəlayiqdir. Qonaqları əmin etmək istəyirəm ki, Milli Olimpiya Komitəsi bu idman növünün inkişafına dəstək verəcək. İnanıram ki, bu federasiya yaşayacaq və gələcəkdə mötəbər yarışlar təşkil edəcək".

Fərid Qayıbov da öz növbəsində qonaqları salamlayaraq, çövkənin Azərbaycan üçün böyük önəm kəsb etdiyini söyləyib. Nazir tarixi gün yaşandığını və çövkənin inkişafı üçün hər cür köməyə hazır olduqlarını vurğulayıb.

I Baş Assambleya fevralın 2-də işinə davam edəcək. Həmin gün yeni yaradılan federasiyanın Əsasnaməsi təsdiq olunacaq, eyni zamanda prezident və vitse-prezidentlər postuna seçkilər keçiriləcək.

Fərdi
Həbib Nurməhəmmədov ötən ilin ən yaxşı məşqçisi seçilib

Həbib Nurməhəmmədov ötən ilin ən yaxşı məşqçisi seçilib

Fərdi
Tofiq Musayev Dünya Qran-prisində döyüşəcək

Tofiq Musayev Dünya Qran-prisində döyüşəcək

Fərdi
Azərbaycan şahmatçısı Avropa çempionatında lideri büdrədib

Azərbaycan şahmatçısı Avropa çempionatında lideri büdrədib

Fərdi
"Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçiriləcək

"Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçiriləcək

Fərdi
Azərbaycan karateçisi: "Bakıdakı yarışda qalib gəlməklə özümü sübut etdim"

Azərbaycan karateçisi: "Bakıdakı yarışda qalib gəlməklə özümü sübut etdim"

Fərdi
Eduard Məmmədov ikiqat Avropa çempionu olub

Eduard Məmmədov ikiqat Avropa çempionu olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri 5-ci medalı qazanıb

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri 5-ci medalı qazanıb

Fərdi
Fərid Qayıbov: "Azərbaycanın İslamiadada 4-cü olması böyük nailiyyətdir"

Fərid Qayıbov: "Azərbaycanın İslamiadada 4-cü olması böyük nailiyyətdir"

Fərdi
Azərbaycanın stolüstü tennisçisi 1/4 finala yüksəlib

Azərbaycanın stolüstü tennisçisi 1/4 finala yüksəlib

Fərdi
Azərbaycan antidopinq sahəsində yeni standartların müəyyənləşməsinə rəhbərlik edir

Azərbaycan antidopinq sahəsində yeni standartların müəyyənləşməsinə rəhbərlik edir

Fərdi
Böyük Dəbilqə: Rəşad Nəbiyev qalibləri mükafatlandırıb - YENİLƏNİB-4

Böyük Dəbilqə: Rəşad Nəbiyev qalibləri mükafatlandırıb - YENİLƏNİB-4

Fərdi
Yay Olimpiya Oyunları 2036-cı ildə Misirdə keçirilə bilər

Yay Olimpiya Oyunları 2036-cı ildə Misirdə keçirilə bilər