Azərbaycan Basketbol Liqası: "Xəzri" turun son matçında qələbə qazanıb
Azərbaycan Basketbol Liqasında XIII tura yekun vurulub.
"QELEBE.AZ"un məlumatına görə, sonuncu matçda liderlər qrupunda qərarlaşan komandalar Xaçmazda üz-üzə gəliblər.
"NTD-İndiqo" "Xəzri"ni qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 89:85. Xallarının sayını 24-ə çatdıran "Xəzri" lider "Sabah"a çatıb. 22 xala malik "NTD-İndiqo" üçüncüdür.
Qeyd edək ki, bu turda "Xırdalan" "Gəncə"ni (93:87), "Sabah" "Sərhədçi"ni (96:71), "Neftçi" "Sumqayıt"ı (113:96), "Cəlilabad" "Şəki"ni (90:86) məğlub edib.

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-basketbol-liqasi-xezri-turun-son-matchinda-qelebe-qazanib.webp











