Robin van Persi “Mançester Yunayted”ə qayıdır

Robin van Persi “Mançester Yunayted”ə qayıdır

Niderlandlı sabiq futbolçu Robin van Persi UEFA-nın peşəkar məşqçi lisenziyasının tələblərini təmin etmək üçün “Mançester Yunayted”in Trafford Məşq Mərkəzində olacaq.

“QELEBE.AZ” xəbər verir ki, bu barədə “The Athletic” yazıb.

Bildirilib ki, “Mançester Yunayted” keçmiş hücumçusuna baş məşqçi Erik ten Haqın rəhbərliyi altındakı məşğələni izləmək və personalla müsahibə etmək şəraiti yaradıb.

Nəşr qeyd edib ki, 2020-ci ildən “Feyenoord”da məşqçi işləyən van Persi menecment sahəsində karyera qurmaq məqsədilə öz kvalifikasiyasında son mərhələyə keçir. Belə ki Niderland Futbol Assosiasiyası ilə peşəkar lisenziya almaq istəyənlər həm öz ölkələrində, həm də xaricdə təlimdən keçməlidirlər. Bu səbəbdən “uçan hollandiyalı” bunun üçün “qırmızı şeytanlar”ı seçib ki, ten Haq da buna razılaşıb.

Məlumata görə, van Persi çərşənbəyədək Kerrinqtonda olacaq. O, əsas komandanın yığıncaqlarını izləməklə yanaşı ten Haq, köməkçisi Mitçell van der Haaq və futbol direktoru Con Mertou ilə təmasda olacaq. 40 yaşlı məşqçiyə Niderlanddan daha iki çalışdırıcı da qoşulacaq. Onlar da van Persi kimi sözügedən kursdan keçirlər.

Xatırladaq ki, Robin van Persi İngiltərə Premyer Liqasının ötən turunda “Mançester Yunayted”in “Vest Hem” üzərindəki 3:0 hesablı qələbəsini “Old Trafford”dan canlı izləyib və onu 2012-ci ildə MY-yə gətirmiş Aleks Ferqüsonla şəkil çəkdirib.

Qeyd edək ki, van Persi karyerasının böyük qismini – səkkiz ilini “Arsenal”da keçirib. Qısa müddətdə londonluların “vuran ayağına” çevrilmiş niderlandlı futbolçu 278 oyunda 132 qol vura bilib ki, bu da “topçular”ın tarixində ən yaxşı səkkizinci göstəricidir. Fransalı baş məşqçi Arsen Vingerin rəhbərliyi altında bir sıra şəxsi uğurlara imza atmasına baxmayaraq, van Persinin komanda nailiyyətli çox da yüksək olmayıb: bu illər ərzində “Arsenal” cəmi bir dəfə İngiltərə Superkuboku (2004) və bir dəfə də İngiltərə Kuboku (2004/2005) qazana bilib. 2012-ci ildə isə niderlandlı futbolçu “Mançester Yunayted”ə keçib. Hücumçu şotlandiyalı çalışdırıcı Aleks Ferqüsonun karyerasının son Premyer Liqa çempionluğuna (2012/2013) nail olmasında müstəsnə rol oynayıb. O zaman futbolçu 26 qolla turnirin bombardiri olmuşdu. Ümumilikdə van Persi “Yunayted”də 105 oyunda 58 dəfə fərqlənib. 2015-ci ildə o, Mançesteri İstanbula dəyişib: “qırmızı şeytanlar” 6 milyon avro qarşılığında “Fənərbağça” ilə anlaşıb. 2017-ci ildə isə uşaqlığının klubu olan “Feyenoord”a qayıdıb və iki il sonra elə orada futbolçu karyerasına son verib.

Futbol
İstanbul derbisi: "Qalatasaray" evdə "Beşiktaş"a qalib gəlib

İstanbul derbisi: "Qalatasaray" evdə "Beşiktaş"a qalib gəlib

Futbol
“Şamaxı” klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib

“Şamaxı” klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib

Futbol
“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu “Sabah”a keçməyə yaxındır

“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu “Sabah”a keçməyə yaxındır

Futbol
AFFA “Qəbələ” azarkeşlərinin stadiona girişinə qadağa qoyub

AFFA “Qəbələ” azarkeşlərinin stadiona girişinə qadağa qoyub

Futbol
Rusiya klubunun baş məşqçisi istefaya göndərilib

Rusiya klubunun baş məşqçisi istefaya göndərilib

Futbol
“Sevilya” İsko ilə müqaviləni ləğv edib

“Sevilya” İsko ilə müqaviləni ləğv edib

Futbol
Pike karyerasının son matçında qırmızı vərəqə alıb

Pike karyerasının son matçında qırmızı vərəqə alıb

Futbol
"Qarabağ" Avropa Liqalarında məğlub olmayan 17 komandadan biridir

"Qarabağ" Avropa Liqalarında məğlub olmayan 17 komandadan biridir

Futbol
DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edərək dünya üçüncüsü olub

DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edərək dünya üçüncüsü olub

Futbol
"Qarabağ"ın kapitanı: "Bu qələbə əsgərlərimizin zəfərinin yanında dəyərsizdir"

"Qarabağ"ın kapitanı: "Bu qələbə əsgərlərimizin zəfərinin yanında dəyərsizdir"

Futbol
"Barselona"nın son dörd mövsümdə itkisi 100 milyon avronu keçib

"Barselona"nın son dörd mövsümdə itkisi 100 milyon avronu keçib

Futbol
Lionel Messi PSJ ilə müqaviləni yeniləmək istəmir

Lionel Messi PSJ ilə müqaviləni yeniləmək istəmir