Türkiyə açıq çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları açıqlanıb

Türkiyə açıq çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları açıqlanıb

Azərbaycan taekvondoçuları fevralın 9-da Antalyada start götürəcək Türkiyə açıq çempionatında mübarizə aparacaqlar.

Federasiyadan "Report"a verilən məlumata görə, 5 gün davam edəcək yarışda Azərbaycan millisi böyüklər və yeniyetmələr arasında gücünü sınayacaq.

Kişilərdən ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayev qardaş ölkədə Cavad Ağayev (74 kq) və Milad Beiqi Harçeqaniyə (+87 kq) şans verəcək.

Qadınlardan ibarət millinin baş məşqçisi Sun Mi Park Türkiyədə Minayə Əkbərova, Məryəm Məmmədova, Zemfira Həsənzadə, Səmərrux Osmanova (hamısı 49 kq), Səidə Əliyeva (57 kq) və Fatimə Məcidovanı (67 kq) sınayacaq. Əsas komanda dayanq üzərinə fevralın 13-14-də çıxacaq.

Yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovla böyük məşqçi Vurğun Cəfərov isə çempionatda Hüseyn Abbaslı (148 sm), Murad Canəliyev (152 sm), Əli Həsənzadə, Səid Feyzullayev (hər ikisi 156 sm), Anar Abdullazadə (160 sm), Rasif Hacıyev (164 sm), Novruz Əliyev, Əmirabbas Fəzlişahgoli (hər ikisi 168 sm), Çingiz Həsənov (172 sm), Sərxan Talıbzadə (176 sm), Zeynəb Səfərəliyeva (144 sm), Fatimə Zeynalova, Ruqayyə Əliyeva (hər ikisi 148 sm), Məryəm Cəfərova, İnci Muradova (hər ikisi 152 sm), Ləman Manafova, Fatimə İbişova (hər ikisi 156 sm), Gülnar Rəsulzadə, Gülay Əliyeva (hər ikisi 160 sm), Türkan Yuniszadə (164 sm) və Gülnaz Abdullayevanı (168 sm) yoxlayacaq. Bu yaş qrupu fevralın 9-10-da qüvvəsini sınayacaq.

ATF-nin baş hakimi Gündüz Abdullayev, beynəlxalq dərəcəli referi Aygül Abdullayeva və Etibar İbrahimov yarışda ədaləti qoruyacaqlar.

Komandaya ATF-nin vitse-prezidenti Niyaməddin Paşayev rəhbərlik edəcək.

Qeyd edək ki, yeniyetmələrdən ibarət yığma Antalyaya bu gün, böyüklər isə fevralın 12-də yollanacaq. Hər 2 komanda döyüşləri bitən günün ertəsi Bakıya qayıdacaq.

Fərdi
Fərid Qayıbov Bakı Şəhər Halqasının çağırışına qoşulub, işə piyada gedib

Fərid Qayıbov Bakı Şəhər Halqasının çağırışına qoşulub, işə piyada gedib

Fərdi
Azərbaycanda ilk dəfə triatlon üzrə ölkə kuboku keçirilib

Azərbaycanda ilk dəfə triatlon üzrə ölkə kuboku keçirilib

Fərdi
Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl medal qazanıb

Fərdi
Putin ŞƏT-ə üzv ölkələr arasında idman yarışlarının təşkilini təklif edib

Putin ŞƏT-ə üzv ölkələr arasında idman yarışlarının təşkilini təklif edib

Fərdi
Tarixin ən yaxşı şahmatçıları bəlli olub

Tarixin ən yaxşı şahmatçıları bəlli olub

Fərdi
Jurnalistlər arasında kartinq yarışı keçirilib

Jurnalistlər arasında kartinq yarışı keçirilib

Fərdi
Dünya çempionatı: Rafiq Hüseynov uduzub, 3 güləşçi yarımfinala yüksəlib

Dünya çempionatı: Rafiq Hüseynov uduzub, 3 güləşçi yarımfinala yüksəlib

Fərdi
Dünya çempionatı: Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə başlayır

Fərdi
Azərbaycanın iki güləşçisi Dünya Kubokunda iştirak edəcək

Azərbaycanın iki güləşçisi Dünya Kubokunda iştirak edəcək

Fərdi
Azərbaycan və Serbiya birlikdə avarçəkmə yarışı keçirə bilər

Azərbaycan və Serbiya birlikdə avarçəkmə yarışı keçirə bilər

Fərdi
Azərbaycanın veteran güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycanın veteran güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Fərdi
FIDE reytinqi: Azərbaycanın dünya çempionu 36 pillə irəliləyib

FIDE reytinqi: Azərbaycanın dünya çempionu 36 pillə irəliləyib