AFFA hakimləri təhqir edən şəxsləri cəzalandırıb

AFFA hakimləri təhqir edən şəxsləri cəzalandırıb

AFFA İntizam Komitəsi Region Liqasında hakimləri təhqir edən şəxsləri cəzalandırıb.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, “Ümid” (Saatlı) komandası ilə görüşdə “Olimpiya Ağcabədi”nin ehtiyat oyunçuları və özünü komandanın nümayəndəsi adlandıran şəxslər hakimin üzərinə yüyürərək təhqiramiz ifadələr işlədiblər və referini təhdid etdiklərinə görə matç yarımçıq dayandırılıb.

Bu səbəbdən Ağcabədi təmsilçisinə texniki məğlubiyyət verilib.

“Olimpiya Ağcabədi”nin futbolçusu Cəlil Abdullayev və onun komanda yoldaşı Şahin Rüstəmov ədalət təmsilçisini təhqir etdikləri üçün 5 oyunluq cəzaya məruz qalıblar.

"Cürət" komandasının oyunçusu Murad İsayev İCBFA ilə qarşılaşmada referini təhqir etdiyi üçün 4 oyunluq cəzalanıb. Rəqib komandadan Nadir Əzimli də bu hərəkətə görə eyni cəzanı alıb.

AFFA U-10 Liqasında da hakim təhqir olunub. “Azəri” komandasının baş məşqçisi Elşən Əliyev “Lokomotiv” (Gəncə) ilə görüşdə texniki zona qaydalarını pozaraq meydana çıxıb. Ardınca ədalət təmsilçisini təhqir edib və ona qarşı əl-qol hərəkətləri etdiyi üçün 6 matçlıq diskvalifikasiya olunub.

Futbol
“Kəpəz”in kapitanı: “Oynayıb gücümüzü görəcəyik”

“Kəpəz”in kapitanı: “Oynayıb gücümüzü görəcəyik”

Futbol
Qurban Qurbanov: "Qələbəmizi şəhidlərə və ordumuza həsr edirik"

Qurban Qurbanov: "Qələbəmizi şəhidlərə və ordumuza həsr edirik"

Futbol
"Zirə"nin legioneri: "Medalçılar sırasına düşmək çətin, amma mümkündür"

"Zirə"nin legioneri: "Medalçılar sırasına düşmək çətin, amma mümkündür"

Futbol
Çempionlar Liqası: "Çelsi" 1/8 finalda, "Kopenhagen" qrupda qalıb

Çempionlar Liqası: "Çelsi" 1/8 finalda, "Kopenhagen" qrupda qalıb

Futbol
İsveçrəli futbolçu 34 yaşında vəfat edib

İsveçrəli futbolçu 34 yaşında vəfat edib

Futbol
Qurban Qurbanov: "Meydanda əsl futbol var idi"

Qurban Qurbanov: "Meydanda əsl futbol var idi"

Futbol
DÇ-2022: Almaniya millisinin yekun heyəti açıqlanıb

DÇ-2022: Almaniya millisinin yekun heyəti açıqlanıb

Futbol
Gəncədə qəzalı vəziyyətdə olan şəhər stadionunun təmirə ehtiyacı var

Gəncədə qəzalı vəziyyətdə olan şəhər stadionunun təmirə ehtiyacı var

Futbol
Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

Futbol
Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli bəlli olub

Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli bəlli olub

Futbol
Mərakeşli hücumçu "Qarabağ"la hər iki oyunu buraxacaq

Mərakeşli hücumçu "Qarabağ"la hər iki oyunu buraxacaq

Futbol
Mirbağır İsayev 3 aylıq futboldan uzaqlaşdırılıb

Mirbağır İsayev 3 aylıq futboldan uzaqlaşdırılıb