"Araz-Naxçıvan"ın baş məşqçisi: "Son oyunlar göstərdi ki, heyətimiz geniş deyil"

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Son oyunlar göstərdi ki, heyətimiz geniş deyil"

Son oyunlar göstərdi ki, heyətimiz elə də geniş deyil, rotasiyalar edə bilmirik.

Bunu "QELEBE.AZ"a açıqlamasında "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov deyib.

39 yaşlı mütəxəssis "Kəpəz"ə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXI turunun matçının ikinci hissəsində çox zəif təsir bağışladıqlarını bildirib: "Mənzərəyə baxanda "Qarabağ" və "Sumqayıt"la görüşlərin çətin keçəcəyini düşünürdük. "Qarabağ"a qarşı yaxşı mübarizə aparmışdıq, beş gün sonra isə "Sumqayıt"la üz-üzə gəldik. Həmin oyunda rəqibdən çox üstün idik. Amma təəssüflər olsun ki, bir xalla kifayətləndik. Ardınca kubokda "Qəbələ" ilə bərabərə qaldıq və çempionatda "Kəpəz"ə yenildik".

Bağırov sabah "Qəbələ"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab maçtı (ilk oyun - 1:1) barədə də danışıb: "Növbəti raund üçün şansların bərabər olduğunu düşünürəm. Maksimum dərəcədə matça köklənmək və əlimizə düşən imkanlardan istifadə etmək istəyirik".

Qeyd edək ki, fevralın 9-da oynanılacaq "Qəbələ" - "Araz-Naxçıvan" qarşılaşması saat 16:00-da başlayacaq.

Futbol
DÇ-2022: Qana yığması Qətərə formasız gəlib

DÇ-2022: Qana yığması Qətərə formasız gəlib

Futbol
Mbappe isinmə hərəkəti zamanı azarkeşi vurub, izləyici huşunu itirib

Mbappe isinmə hərəkəti zamanı azarkeşi vurub, izləyici huşunu itirib

Futbol
"Araz-Naxçıvan"ın hücumçusu: "Buraxılan qoldan sonra oyun keyfiyyəti aşağı düşdü"

"Araz-Naxçıvan"ın hücumçusu: "Buraxılan qoldan sonra oyun keyfiyyəti aşağı düşdü"

Futbol
Mahmud Qurbanov: "Komandanı azlıqda qoyan futbolçu ilə söhbətimiz olacaq"

Mahmud Qurbanov: "Komandanı azlıqda qoyan futbolçu ilə söhbətimiz olacaq"

Futbol
Şota Arveladze istefaya göndərilib

Şota Arveladze istefaya göndərilib

Futbol
DÇ-2022: Ronaldo yenə ehtiyatda qalacaq

DÇ-2022: Ronaldo yenə ehtiyatda qalacaq

Futbol
UEFA Avropa çempionatı iştirakçılarının sayını artırmaqdan imtina edib

UEFA Avropa çempionatı iştirakçılarının sayını artırmaqdan imtina edib

Futbol
"Feyenoord"un müdafiəçisi Azərbaycan millisi ilə oyunu buraxacaq

"Feyenoord"un müdafiəçisi Azərbaycan millisi ilə oyunu buraxacaq

Futbol
Mahir Emreli “Legiya”da 2022-ci ilin antiqəhrəmanları sırasına düşüb

Mahir Emreli “Legiya”da 2022-ci ilin antiqəhrəmanları sırasına düşüb

Futbol
"Neftçi"nin sabiq prezidenti Serbiya millisinin oyununa təyinat alıb

"Neftçi"nin sabiq prezidenti Serbiya millisinin oyununa təyinat alıb

Futbol
De Byazi: "AFFA ilə müqaviləm bitəndən sonra təklifləri nəzərdən keçirəcəyəm"

De Byazi: "AFFA ilə müqaviləm bitəndən sonra təklifləri nəzərdən keçirəcəyəm"

Futbol
"Neftçi"nin futbolçusu Gürcüstan millisinə dəvət alıb

"Neftçi"nin futbolçusu Gürcüstan millisinə dəvət alıb