İngiltərə Premyer Liqası: Rodri “Mançester Siti”ni məğlubiyyətdən xilas edib

İngiltərə Premyer Liqası: Rodri “Mançester Siti”ni məğlubiyyətdən xilas edib

İngiltərə Premyer Liqasının 25-ci turu çərçivəsində “Mançester Siti” “Çelsi”ni qəbul edib.

“QELEBE.AZ” xəbər verir ki, oyunu Endrü Mədlinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

Oyun, gözlənildiyi kimi, Pep Qvardiolanın yetirmələrinin üstünlüyü ilə keçsə də, birinci hissədə qol buraxan tərəf elə onlar olub: 42-ci dəqiqədə Rahim Sterlinq Nikolas Ceksonun ötürməsindən sonra topu qapıya göndərib. Bu, “Liverpul”un sabiq hücumçusunun mövsümdə 6-cı qoludur.

Matç bütövlükdə “şəhərlilər”in nəhəng üstünlüyü ilə keçib, lakin “zadəganlar” da bəxtlərini əks-hücumlarda sınayıb. Bununla belə, 83-cü dəqiqədə Rodri komandasını məğlubiyyətdən xilas edib.

Beləliklə, turun mərkəzi qarşılaşması tərəflərin heç-heçəyə razılaşması ilə yekunlaşıb.

Xatırladaq ki, bu oyundan sonra “Mançester Siti” 53 xalla üçüncü pilləyə enib. Komandanın ehtiyatında bir oyun daha var. “Çelsi” isə “Vulverhempton”un qələbəsindən sonra itirdiyi 10-cu pilləni geri qaytarıb.

Qeyd edək ki, komandalar arasında qeydə alınmış bu nəticədən ilk növbədə turu böyükhesablı qələbələrlə başa vurmuş “Liverpul” (57 xal) və “Arsenal” (55) yararlanıb. “Qırmızılar” və “topçular” cari həftəni müvafiq olaraq 1:4 və 0:5 hesablı qələbələrlə başa vurublar.

Futbol
Mamadu Kane: "Neftçi" derbidə "Qarabağ"a qalib gələcək"

Mamadu Kane: "Neftçi" derbidə "Qarabağ"a qalib gələcək"

Futbol
2022-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular açıqlanıb

2022-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular açıqlanıb

Futbol
“Araz-Naxçıvan” Çempionlar Liqası ilə məğlubiyyətlə vidalaşıb

“Araz-Naxçıvan” Çempionlar Liqası ilə məğlubiyyətlə vidalaşıb

Futbol
Tanınmış baş məşqçi vergidən yayınmaqda ittiham olunur

Tanınmış baş məşqçi vergidən yayınmaqda ittiham olunur

Futbol
Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli olub

Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli olub

Futbol
Benzema zədə səbəbindən futbol üzrə dünya çempionatını buraxacaq

Benzema zədə səbəbindən futbol üzrə dünya çempionatını buraxacaq

Futbol
Azərbaycan milli komandası Moldovanı məğlub edib

Azərbaycan milli komandası Moldovanı məğlub edib

Futbol
"Barselona"nın futbolçusu ərəb klubuna keçir

"Barselona"nın futbolçusu ərəb klubuna keçir

Futbol
DÇ-2022: Futbolçu FİFA direktorunu vurub

DÇ-2022: Futbolçu FİFA direktorunu vurub

Futbol
İngiltərə Premyer Liqası: "Arsenal" "Liverpul"a qalib gəlib

İngiltərə Premyer Liqası: "Arsenal" "Liverpul"a qalib gəlib

Futbol
"Atletiko" Antuan Qrizmannı birdəfəlik transfer edib

"Atletiko" Antuan Qrizmannı birdəfəlik transfer edib

Futbol
Messi Ronaldoya çatıb

Messi Ronaldoya çatıb