Şahin Çatma: Bölgələrdəki oyunçular Azərbaycan voleyboluna töhfə verəcəklər

Şahin Çatma: Bölgələrdəki oyunçular Azərbaycan voleyboluna töhfə verəcəklər

Tovuz və Gəncə bir-birinə yaxın olduğu üçün bu bölgələrdəki düşərgələri birlikdə gerçəkləşdirdik. Əvvəlki iki toplanışda gördüm ki, əlimizdəki voleybolçuların səviyyəsi çox yüksəkdir. Onlar bizə töhfə verəcəklər.

Bunu "Report"a açıqlamasında voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət Azərbaycan milli komandalarının rəhbəri Şahin Çatma Naxçıvan, Gəncə və Tovuzda təşkil olunmuş düşərgələr barədə danışarkən deyib.

Mütəxəssis Naxçıvanda peşəkar klubun yaradılmalı olduğunu bildirib: "Çünki oradakı potensial Azərbaycanın digər regionlarından fərqlidir. Məşqçi qrupu da yaxşıdır. Həmin mütəxəssislər daha əvvəl yüksək səviyyədə voleybol oynayıblar".

Şahin Çatma vəzifəyə başlayanda ölkə voleyboluna töhfə verəcək oyunçuları tapmağı qarşılarına məqsəd qoyduqlarını söyləylb: "Bu səbəbdən Azərbaycan ərazisində voleybolçu axtarışına çıxdıq. Altı region klubu formalaşdırıldı və rayonlarda məşqlərə start verildi. 2009, 2010, 2011, 2012 və 2013 təvəllüdlü oyunçular öz bölgələrindəki məşqçilərlə hazırlıqlara qatıldılar. Üç ay ərzində bizim nəzarətimizdə məşqlər davam edir. Bu seçimlərdə əlimizə düşən, bizimlə bərabər çalışan voleybolçuları yenidən görmək istədik. Bu məqsədlə Gəncə, Tovuz və Naxçıvana səfər etmişdik. Fevralın 21-23-də Sumqayıtda da düşərgəmiz olacaq. Orada da daha əvvəl yaxşı qız voleybolçular tapmışıq. Ardınca isə seçdiyimiz bütün qızları Novruz bayramı ərəfəsində Bakıda toplanışa dəvət edəcəyik. Beləliklə, bir sıra yaş qrupundan ibarət yığmalarımıza əlavə oyunçular cəlb edəcəyik. Bundan sonra işlər sürətli şəkildə davam edəcək. Bununla kifayətlənməyəcəyik. Növbəti ildə də bölgələrdə seleksiya işlərinə davam edəcəyik".

Komanda
AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

AVRO-2023: Azərbaycan voleybol yığması növbəti qələbəsini qazanıb

Komanda
Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat alıb

Komanda
Azərbaycan Basketbol Liqası: Açılış oyununda "Sabah" qələbə qazanıb

Azərbaycan Basketbol Liqası: Açılış oyununda "Sabah" qələbə qazanıb

Komanda
Azərbaycanın basketbol millisinin üzvü İspaniya klubunda baxışdadır

Azərbaycanın basketbol millisinin üzvü İspaniya klubunda baxışdadır

Komanda
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Komanda
Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Komanda
Azərbaycan millisinin voleybolçusu İsrail klubuna keçib

Azərbaycan millisinin voleybolçusu İsrail klubuna keçib

Komanda
Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

Komanda
“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri və vaxtı bəlli olub

“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri və vaxtı bəlli olub

Komanda
Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Basketbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Komanda
Yüksək Liqa: Yeni ilin ilk oyununda "Azərreyl" qələbə qazanıb

Yüksək Liqa: Yeni ilin ilk oyununda "Azərreyl" qələbə qazanıb

Komanda
Xokkey üzrə Dünya Kuboku Rusiyaya görə təxirə salına bilər

Xokkey üzrə Dünya Kuboku Rusiyaya görə təxirə salına bilər