"Braqa"nın baş məşqçisi: "Futbolçular ilk oyundan sonra dedilər ki, vəziyyəti xeyrimizə dəyişəcəyik"

"Braqa"nın baş məşqçisi: "Futbolçular ilk oyundan sonra dedilər ki, vəziyyəti xeyrimizə dəyişəcəyik"

Futbolçular ilk oyundan sonra paltardəyişmə otağında dedilər ki, hələ heç nə bitməyib, vəziyyəti xeyrimizə dəyişəcəyik.

“QELEBE.AZ”un məlumatına görə, bunu Portuqaliyanın “Braqa” klubunun baş məşqçisi Artur Jorje “Qarabağ”a qarşı Bakıda keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ilə bağlı mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis Azərbaycan klubu barədə xoş fikirlər səsləndirsə də, səfərə qələbə dalınca gəldiklərini bildirib: “İlk oyundakı hesab qarşımızda çətin missiyanın olduğunu göstərir. Nəzərə alaq ki, ötən həftəsonu çempionatda bir gərgin matç da keçirmişik. "Qarabağ" isə oynamayıb. Çətin olsa da, durumu xeyrimizə dəyişməyə çalışacağıq. Fikrimcə, bu, mümkünsüz deyil. Yaxın zamanda ölkə kubokunun qalibi olmuşduq. Mövsüm hələ bitməyib. Mərhələ keçməklə uğurun davamını gətirə bilərik. Bütün matçlarda qələbə qazanmaq iqtidarında deyilik. Çempionatda da mövsümü daha yüksək yerlərdə bitirə bilərik. "Braqa"nın hər bir oyunçusu qələbə üçün vuruşmalıdır".

O, komandanın qarşısına yüksək tələb qoyduqlarını bildirib: "Çox keyfiyyətli futbolçularımız var. Onlar istənilən anda matçın taleyini həll edəcək gücdədirlər. Onların qarşıya qoyulan hədəfi yerinə yetirəcəklərinə şübhə etmirəm. Bu, istəkdən xəbər verir. Qarşımızda çox güclü rəqib var. Amma istənilən halda hədəfimiz minimalhesablı qələbə yox, mərhələ adlamaqdır".

Çalışdırıcı Portuqaliyadakı qarşılaşmada ilk qolun həlledici rol oynadığını düşünür: "Braqada ilk qolu buraxmağımız oyunun açar anı idi. "Qarabağ"ın üstünlüyə yiyələnməsi mühüm rol oynadı. İndiki mərhələdə hansısa rəqibi ciddi qəbul etməmək doğru olmaz. "Qarabağ" həm güclü komandadır, həm də fərdi cəhətdən yaxşı oyunçuları var. Etiraf etmək lazımdır ki, orada "Qarabağ" üstün idi. Bu da hesabda əksini tapdı. Hətta ikinci hissədə bir bölümdə başımızı itirmişdik. Lakin sabah mərhələ adlamaq istəyiriksə, daha diqqətli olmalıyıq".

Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. Komandaların Portuqaliyadakı ilk duelində Azərbaycan çempionu 4:2 hesablı qələbə qazanıb.

Futbol
Riçard Almeyda: “Mənəvi əzablar çəkirdim, gecələr ağlayırdım”

Riçard Almeyda: “Mənəvi əzablar çəkirdim, gecələr ağlayırdım”

Futbol
"Neftçi"nin aparıcı futbolçusu zədələnib

"Neftçi"nin aparıcı futbolçusu zədələnib

Futbol
Usseynu Ba: "Qarabağ"la oyuna qisas üçün çıxacağıq"

Usseynu Ba: "Qarabağ"la oyuna qisas üçün çıxacağıq"

Futbol
2022-ci ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

2022-ci ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

Futbol
AFFA rəsmisi və "Qarabağ"ın nümayəndəsi UEFA-nın tədbirinə qatılıb

AFFA rəsmisi və "Qarabağ"ın nümayəndəsi UEFA-nın tədbirinə qatılıb

Futbol
DÇ-2022: Mərakeş - Xorvatiya oyunu başlayıb

DÇ-2022: Mərakeş - Xorvatiya oyunu başlayıb

Futbol
Azərbaycan millisinin baş məşqçisi: "İkinci hissədə gücümüz çatmadı"

Azərbaycan millisinin baş məşqçisi: "İkinci hissədə gücümüz çatmadı"

Futbol
Ramil Şeydayev Mbappe və Keynə şərik çıxıb

Ramil Şeydayev Mbappe və Keynə şərik çıxıb

Futbol
Əliyar Ağayev 6 qolun vurulduğu oyunda 4 sarı vərəqə göstərib

Əliyar Ağayev 6 qolun vurulduğu oyunda 4 sarı vərəqə göstərib

Futbol
Mbappe PSJ-nin Çempionlar Liqasında ən çox qol vuran futbolçusu olub

Mbappe PSJ-nin Çempionlar Liqasında ən çox qol vuran futbolçusu olub

Futbol
Avropa Liqası: "Qarabağ" bu gün Fransa klubu ilə qarşılaşacaq

Avropa Liqası: "Qarabağ" bu gün Fransa klubu ilə qarşılaşacaq

Futbol
"Barselona" "Bavariya"ya uduzub, "Liverpul" "Ayaks"a qalib gəlib

"Barselona" "Bavariya"ya uduzub, "Liverpul" "Ayaks"a qalib gəlib