Assosiasiyanın vitse-prezidenti: “Azərbaycan sumo məktəbinin potensialı böyükdür” - MÜSAHİBƏ

Assosiasiyanın vitse-prezidenti: “Azərbaycan sumo məktəbinin potensialı böyükdür” - MÜSAHİBƏ

Azərbaycan sumoçuları bir neçə gün əvvəl Estoniyada keçirilən Açıq Avropa kubokunda 1 qızıl, 2 gümüş medal qazanaraq, komanda hesabında üçüncü yeri tutub.

Sumo üzrə beynəlxalq dərəcəli hakim Ülvi Ağamirov isə nüfuzlu “Hakuho Cup 2024” turnirində referilik edib. O, Hakuho Syönun şərəfinə təşkil olunan yarışa xarici ölkədən dəvət alan ilk hakim kimi tarixə düşüb.

Hazırda Yaponiyada olan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvü Ağamirov “QELEBE.AZ”un suallarını cavablandırıb.

- Bu yaxınlarda Yaponiyada “Hakuho Cup 2024” turnirində hakimlik etdiniz. Maraqlıdır, ora təyinatınız necə reallaşdı?
- Assosiasiya olaraq Yaponiyada idman sahəsində olan müxtəlif qurumlarla əlaqələrimiz daim inkişaf etməkdədir. Eyni zamanda sumo sahəsində olan qurumlar da buna daxildirlər. 2023-cü ilin oktyabrında Tokioda sumo üzrə dünya çempionatında hakimlik etdiyim zaman son yarışa qatılmaqla bağlı dəvət aldım. Daha sonra bu sahə üzrə danışıqlar davam etdi.

- Tarixin ən güclü sumo döyüşçüsü Hakuho Syönün şərəfinə təşkil olunan yarışa xarici ölkədən dəvət alan ilk hakimsiniz...
- Təbii ki, bu, çox sevindirici və qürurlu haldır. Eyni zamanda düşünürəm ki, belə böyük arenalarda iştirak etmək Azərbaycanda sumonun inkşafı üçün yeni təkan olacaq.

- Sumonun vətəni Yaponiyadır. Azərbaycanlı hakimin orada oyun idarə etməsini necə qarşılayırlar?
- Bu yarışda hakim qismində iştirak edən yaponların çoxu orta və yuxarı yaş kateqoriyasına aid olduqlarından, gənc və xarici ölkədən olan referini görməyə təəccübləndilər. Xüsusilə Azərbaycanla bağlı xeyli suallar verirdilər. İnanıram ki, sual verənlərin bir qismi ölkəmizə turist kimi səfər edəcək.

- Ümumiyyətlə, yaponiyalılarla hansısa istiqamətdə əməkdaşlıq edirsinizmi?
- Məqsədimiz Azərbaycan Sumo Məktəbini yalnız Yaponiyada deyil, bütün dünyada seçilən məktəb halına gətirməkdir. Əməkdaşlıqla bağlı hazırda yetərincə yüksək səviyyədə işlər görülür. Fevralın 16-da Tokioda Beynəlxalq Sumo Federasiyasının prezidenti Kazufumi Minami ilə federasiyanın qərargahında yeni əməkdaşlıqlarla bağlı görüşümüz oldu. Bundan əlavə, tarixin ən titullu sumoçusu Hakuho Syönün peşəkar sumo məktəbini ziyarət edərək, məşq prosesini izlədim. Həmin sumo məktəbi ilə əlaqələrimiz inkişaf etməkdədir.

- Bu yaxınlarda sumoçularımız Estoniyada keçirilən Açıq Avropa Kubokunda 1 qızıl, 2 gümüş medal qazandılar. Bu nəticələri necə qarşıladınız?
- Təbii ki, idmançılarımızın ölkə xaricində uğur qazanmaları daim bizi sevindirir. Estoniyada keçirilən turnirdə də yaxşı nəticə əldə etdilər. Lakin bunlarla kifayətlənmək olmaz. Azərbaycan sumo məktəbinin potensialı daha böyükdür. Bundan maksimum yararlanmağa çalışacağıq. Daha böyük arenalarda uğur qazanmağı hədəfləyirik.

- Azərbaycanda sumonun hazırkı vəziyyəti sizi qane edir?
- Biz assosiasiya olaraq daim çatışmazlıqları aradan qaldırmağa və inkişaf yönündə uğurlu addımlar atmağa çalışırıq. Bu istiqamətdə Gənclər və İdman Nazirliyi dəstək göstərir. Əzmlə və böyük addımlarla irəlilədiyimizi deyə bilərəm.

- Etiraf edək ki, sumo bizə yad idman növüdür. Ölkədə populyarlıq qazanması üçün assosiasiya tərəfindən hansı işlər görülür?
- İlk növbədə bu sahədə doğru məlumatın olması və maarifləndirmə böyük rol oynayır. Assosiyasiya olaraq sumonun təkcə Bakıda deyil, regionlarda da inkişafını təmin etmək istiqamətində çalışırıq. Adətən valideynlər çəkisi çox olan uşaqlarının peşəkar idmanla məşğul olmalarının çətin olduğunu düşünürlər. Lakin sumo çəkisi yüksək uşaqlara xitab edən idman növüdür. Rahatlıqla Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasına müraciət edərək, məşqlərimizə qoşula bilərlər.

- Hazırda Azərbaycanda bu idman növünə maraq necədir, kütləvilik hansı səviyyədədir?
- Maraq hər keçən gün artmaqdadır. Görülən son işlər bu sahənin ölkəmizdə tanınmasına xidmət edir.

- Beynalxalq turnirlərə, dünya və Avropa çempionatlarına ev sahibliyi etmək populyar olmayan bəzi idman növlərinin tanınmasına yol açır. Siz yaxın gələcəkdə hansısa turnirin təşkilini planlaşdırmırsınız?
- Böyük turnirlərin Azərbaycanda keçirilməsinin bu idmanın inkişafına xeyli təkan verəcəyinə inanırıq. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Bu tip turnir olacağı zaman ictimaiyyəti məlumatlandıracağıq.

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi üçün uğursuz gün

Dünya çempionatı: Azərbaycanın şahmat millisi üçün uğursuz gün

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayıb

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayıb

Fərdi
Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub

Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub

Fərdi
Azərbaycan antidopinq sahəsində yeni standartların müəyyənləşməsinə rəhbərlik edir

Azərbaycan antidopinq sahəsində yeni standartların müəyyənləşməsinə rəhbərlik edir

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni karyerasını bitirməsinin səbəbini açıqlayıb

Azərbaycanın fiqurlu konkisürəni karyerasını bitirməsinin səbəbini açıqlayıb

Fərdi
Azərbaycan idmançılarının ilin ilk ayı üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının ilin ilk ayı üçün reytinq cədvəli bəlli olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" turnirinin qalibi müəyyənləşib

"Vüqar Həşimov Memorialı-2022" turnirinin qalibi müəyyənləşib

Fərdi
Dünya çempionatlarında çıxış edəcək Azərbaycanın çimərlik güləşçiləri bəlli olub

Dünya çempionatlarında çıxış edəcək Azərbaycanın çimərlik güləşçiləri bəlli olub

Fərdi
Azərbaycan boksçuları beynəlxalq turnirə uğurlu start veriblər

Azərbaycan boksçuları beynəlxalq turnirə uğurlu start veriblər

Fərdi
Bədii gimnastlarımız “The Fairy Korea” beynəlxalq turnirində uğurla çıxış ediblər

Bədii gimnastlarımız “The Fairy Korea” beynəlxalq turnirində uğurla çıxış ediblər

Fərdi
Avropa çempionatı: Günay Məmmədzadə erməni şahmatçıya qalib gəlib

Avropa çempionatı: Günay Məmmədzadə erməni şahmatçıya qalib gəlib