Kaxaber Sxadadze: “Azərbaycan futbolu “Qəbələ”ni itirməməlidir” - MÜSAHİBƏ

Kaxaber Sxadadze: “Azərbaycan futbolu “Qəbələ”ni itirməməlidir” - MÜSAHİBƏ

2021-ci ildən çalışdırdığı “Qəbələ”dən ayrılan baş məşqçi Elmar Baxşıyevi dünən gürcüstanlı Kaxaber Sxadadze əvəzləyib.

Bölgə təmsilçisi ilə 1,5 illik müqavilə imzalayan 55 yaşlı mütəxəssis bununla üçüncü dəfə Azərbaycanda işləməyə razılıq verib. O, daha əvvəl ölkəmizdə “Standard” (2008) və “İnter”də (2009-2014) çalışıb. Hazırkı adı “Şamaxı” olan “İnter” Sxadadzenin rəhbərliyi altında 2009/2010 mövsümündə Azərbaycan çempionluğunu qazanıb.

Təcrübəli məşqçinin budəfəki missiyası medallar uğrunda mübarizə aparmaq yox, “sükanı arxasına" keçdiyi “qırmızı-qaralar”ı Premyer Liqada saxlamaqdır.

Kaxaber Sxadadze “QELEBE.AZ”a müsahibəsində hədəflərinə çatacaqlarına inandığını bildirib.

- Yenidən Azərbaycana qayıtmaq necə hissdir?
- Azərbaycana qayıtdığım üçün çox şadam. Bu ölkə ilə bağlı həmişə xoş xatirələrim olub. Uzun müddət burada yaşadığım üçün həyat tərzinə öyrəşmişəm. Düşünürəm ki, azarkeşlər də işimizdən narazı qalmayıblar. Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik.

- “Qəbələ” variantı necə baş tutdu?
- Klubun idman direktoru Səbuhi Səfiyarlı mənimlə əlaqə saxladı. Onunla münasibətim çox yaxşıdır. Klub prezidenti Fariz Nəcəfovu da yaxşı tanıyıram. “Qəbələ” onun rəhbərliyi altında uzun müddətdir çıxış edir, həm çempionatda, həm də avrokuboklarda ciddi uğurlar qazanıb. Komandanı düşdüyü vəziyyətdən çıxarmağımızı istədilər. Riskli olsa da, müsbət cavab verdik.

- Komandanı bu durumdan çıxarmağa hazırsınız?
- “Qəbələ” Premyer Liqanı tərk etməyə layiq deyil. Böyük infrastruktura malik klubdur. Seçimimdə bu amil və klubun tarixi ciddi rol oynadı. Üzərimizə düşəni etməyə çalışacağıq. Bunun uğurlu alınıb-alınmayacağını isə mövsümün sonunda birlikdə görəcəyik.

- Hazırda 9-cu pillədəki “Kəpəz”dən 8 xal geri qalırsınız. Bu fərqi aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?
- Komandaya yeni təyin olunmuşam. Razıyam ki, vəziyyət çox çətindir. Ancaq bütün diqqətimizi buna yönəldəcəyik. Fikrimcə, “Qəbələ” Premyer Liqada qalmalıdır. Çünki Azərbaycanın ən böyük klublarından və futbol markalarından biridir. Azərbaycan futbolu “Qəbələ”ni itirməməlidir. Məncə, komanda elitada qalsa, buna hamı sevinər. Biz də çətin gündə kluba kömək etmək üçün bura gəlmişik.

Futbol
“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki xalını artırıb - VİDEO

“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki xalını artırıb - VİDEO

Futbol
Murad Musayev: “Maaşımı "Krasnodar”da rublla, Azərbaycanda dollarla alırdım”

Murad Musayev: “Maaşımı "Krasnodar”da rublla, Azərbaycanda dollarla alırdım”

Futbol
Qəzaya düşən hakim: “Qarşıdan gələn avtomobil 130-140 km/saat sürətlə üstümüzə sürdü”

Qəzaya düşən hakim: “Qarşıdan gələn avtomobil 130-140 km/saat sürətlə üstümüzə sürdü”

Futbol
Avropa Liqası: "Arsenal" təxirə salınmış oyunda PSV ilə qarşılaşacaq

Avropa Liqası: "Arsenal" təxirə salınmış oyunda PSV ilə qarşılaşacaq

Futbol
Region Liqasında yeni mövsümün püşkü atılıb

Region Liqasında yeni mövsümün püşkü atılıb

Futbol
“Neftçi”nin xorvatiyalı qapıçısı: “İkinci yarıda azarkeşləri sevindirəcəyik”

“Neftçi”nin xorvatiyalı qapıçısı: “İkinci yarıda azarkeşləri sevindirəcəyik”

Futbol
İlin ən çox qazanan futbolçuları açıqlanıb

İlin ən çox qazanan futbolçuları açıqlanıb

Futbol
Fabio Kannavaro İtaliya klubunun baş məşqçisi olacaq

Fabio Kannavaro İtaliya klubunun baş məşqçisi olacaq

Futbol
KİV: “Qətərdə keçirilən dünya çempionatında daha bir jurnalist dünyasını dəyişib”

KİV: “Qətərdə keçirilən dünya çempionatında daha bir jurnalist dünyasını dəyişib”

Futbol
Çempionlar Liqası: Daha bir komanda 1/8 finala yüksəlib

Çempionlar Liqası: Daha bir komanda 1/8 finala yüksəlib

Futbol
Kriştiano Ronaldo yeni klubu ilə 75 milyon dollarlıq müqavilə bağlayıb

Kriştiano Ronaldo yeni klubu ilə 75 milyon dollarlıq müqavilə bağlayıb

Futbol
"Neftçi"nin müdafiəçisi "Səbail"ə keçib

"Neftçi"nin müdafiəçisi "Səbail"ə keçib