Rüstəm Orucov: “Arzum hər hansı bir vəzifədə Azərbaycan cüdosuna xidmət etməkdir” – MÜSAHİBƏ

Rüstəm Orucov: “Arzum hər hansı bir vəzifədə Azərbaycan cüdosuna xidmət etməkdir” – MÜSAHİBƏ

Azərbaycan cüdo millisinin sabiq üzvü Rüstəm Orucov Latviyanın paytaxtı Riqada keçirilən veteranlar arasında Avropa Kubokunda idman komissarı kimi fəaliyyət göstərib.

2023-cü ildə idmançı karyerasını başa vuran olimpiya mükafatçısı ilk dəfə fərqli vəzifədə mötəbər yarışda iştirak edib.

32 yaşlı Avropa çempionu “QELEBE.AZ”a müsahibəsində həm yarışla bağlı fikirlərini bölüşüb, həm də gələcək hədəflərini açıqlayıb.

- Avropa Cüdo Birliyinin bayrağı altında keçirilən veteranlar arasında Avropa Kubokunda ilk dəfə idman komissarı kimi fəaliyyət göstərdiniz. Yeni sahədə ilk işinizi necə qiymətləndirirsiniz?
- Çox gözəl hisslərdir. Bunu ilk rəsmi işim adlandırmaq da olar. Yaxşı mübarizə oldu, veteranlar həvəslə çıxış edirdilər. Düzdür, bir qədər fərqli iş planlaşdırırdım. Ancaq Avropa Cüdo Birliyinin idman komissarı kimi çalışmaqla bağlı təklifi məni sevindirdi. Çox gözəl, mehriban kollektivimiz var. Hər kəs bir-birinə kömək etməyə çalışır.

- Azərbaycanın veteran cüdoçuları Avropa Kubokunda 2 qızıl, 1 gümüş, 2 bürünc medal qazandılar. İdmançılarımızın çıxışları sizdə necə təəssürat yaratdı?
- Veteranlarımız çox yaxşı çıxış etdilər. Demək olar ki, hamısı medal qazandı. Ümumiyyətlə, veteran olsalar da, çox fəal idilər. Nəticələr də sevindirici oldu.

- Görüşlərə baxanda özünüz tatamiyə çıxmaq həvəsinə düşmürdünüz?
- Həqiqətən də, adam istər-istəməz həvəsə gəlirdi. Öz-özümə deyirdim ki, nə güləşərəm (gülür). Ancaq veteran cüdoçu kimi də qayıtmaq fikrim yoxdur. Əsas odur ki, yenə bu idman növünün içindəyəm.

- Əksər idmançılar karyeralarını bitirdikdən sonra məşqçiliyə başlayırlar. Sizin idarəçiliyə həvəs göstərməyiniz nə ilə bağlıdır?
- Açığı, məşqçiliyə marağım olmayıb. Mən Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını oxumuşam. Bu üzdən cüdoya fərqli sahədə xidmət etmək istəyirəm.

- Gələcəklə bağlı məqsədiniz nədir? Məsələn, Azərbaycan Cüdo Federasiyasında və ya Avropa Cüdo Birliyində rəhbər vəzifələrdən birini tutmaq kimi hədəfiniz var?
- Sırf rəhbər vəzifə deyə bilmərəm. Cüdoçu karyeramı bitirdikdən sonra ilk təklif Avropa Cüdo Birliyindən gəldi, mən də qəbul etdim. Ancaq idman komissarlığına hobbi kimi yanaşıram. İldə 4-5 yarışa yollanırsan. Əsas arzum hər hansı bir vəzifədə Azərbaycan cüdosuna xidmət etməkdir. İdman komissarlığını da hobbi kimi davam etdirərəm.

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın daha 4 cüdoçusu tatamiyə çıxacaq

Böyük Dəbilqə: Azərbaycanın daha 4 cüdoçusu tatamiyə çıxacaq

Fərdi
Rusiyanın 5 qat olimpiya çempionu ölkəni tərk edib

Rusiyanın 5 qat olimpiya çempionu ölkəni tərk edib

Fərdi
İran şahmatçısı: "Şuşadakı yarışda iştirak etdiyim üçün çox şadam"

İran şahmatçısı: "Şuşadakı yarışda iştirak etdiyim üçün çox şadam"

Fərdi
Alfonso Dominges: “Əsas hədəfim dünya çempionu titulumu qorumaqdır” – MÜSAHİBƏ

Alfonso Dominges: “Əsas hədəfim dünya çempionu titulumu qorumaqdır” – MÜSAHİBƏ

Fərdi
Dünya çemmpionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Dünya çemmpionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Fərdi
Fəridə Əliyeva: "İdmançılarımıza qarşı çox böyük haqsızlıq oldu"

Fəridə Əliyeva: "İdmançılarımıza qarşı çox böyük haqsızlıq oldu"

Fərdi
Mahir Məmmədov:  "Shusha Chess 2022" turnirinin səviyyəsi çox yüksəkdir"

Mahir Məmmədov: "Shusha Chess 2022" turnirinin səviyyəsi çox yüksəkdir"

Fərdi
Abdulla Qədimbəyli: “Ən çətini son turda heç-heçə etdikdən sonra rəqiblərin görüşünü izləmək idi”

Abdulla Qədimbəyli: “Ən çətini son turda heç-heçə etdikdən sonra rəqiblərin görüşünü izləmək idi”

Fərdi
Azərbaycan çempionatında 146 boksçu iştirak edəcək

Azərbaycan çempionatında 146 boksçu iştirak edəcək

Fərdi
Boks üzrə Azərbaycan birinciliyinin 4 çəki dərəcəsində 1/4 finalçıları bəlli olub

Boks üzrə Azərbaycan birinciliyinin 4 çəki dərəcəsində 1/4 finalçıları bəlli olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi ev sahibi ilə üz-üzə gələcək

Dünya çempionatı: Azərbaycanın şahmat millisi ev sahibi ilə üz-üzə gələcək

Fərdi
Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub